Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    Top2005-ci ildə, rayon qəzeti 7 illik fasilədən sonra yenidən fəaliyyətə baş-layanda, rayonumuzda hələ tək-tək gənclər kompüter kurslarını bitirmişdir. Onlardan biri Türkan Ağayeva idi. Orta məktəbdə “əla” və “yaxşı” qiymətlərlə oxumuş Türkan kompüterin sirlərini də az müddətdə mənimsəmişdi. Lakin rayonda münasib iş yeri yox idi.
    Redaksiyaya çağırılması gənc qızın həyatında göz-lənilməz və sevincli hadisə oldu. O zaman əməkdaşlar qəzetin redaktoru Tofiq Yusifin şəhər bələdiyyəsinin binasında yerləşən kiçik otağına yığışır, iş bölgüsü aparandan sonra hər kəs aldığı tapşırığın arxasınca gedirdi.
    Türkan isə əməkdaşların gətirdikləri materialları adi makinada yazırdı. Sonralar redaksiyaya kompüter ve- rildi, bina ayrıldı, kollektiv işləmək üçün lazımi avadanlıqlarla təmin olundu.
    İlk vaxtlar Tərtərdə heç kim qəzet proqramını bilmə-diyindən, “Yeni Tərtər” Mingəçevir şəhərində həm yığılar, həm də çap olu-nurdu. Qəzetin redaktoru, Türkan və mən hər nömrənin hazırlanmasından ötrü Mingəçevirə gedir, korrektor, növbətçi, məsul katib vərifələrini yerinə yetirirdik.
    Sonralar Türkan qonşu rayonların redaksiyalarında qəzet proqramını və digər müasir iş üsullarını mənimsədi və artıq az müddətdən sonra “Yeni Tərtər” tərtibatına görə bölgə qəzetləri arasında seçilməyə başladı. Təsadüfi deyil ki, 2006-cı ildə Mətbuat Günü münasibəti ilə rayonda keçirilən yığıncaqda gənc kompüterçi Türkan Ağayeva da rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərmana layiq görüldü.
    O, iş vaxtının hər saatını səmərəli keçirir, öz üzərində daim çalışır, yenilikləri öyrənir, üstəlik redaksiyamız üçün gənc kadrlar hazırlamağa da vaxt tapırdı.
    Elə buna görədir ki, ailə qurması ilə əlaqədar işdən çıxsa da, Türkanın adı redaksiyamızda keçirilən bütün tədbirlərdə minnətdarlıq hissi ilə xatırlanır. O, “Yeni Tərtər” ailəsində birincilərdəndir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 15:55

    Teqlər:

İsmarıclar bağlıdır.