Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    Bu yaxınlarda bir evə qonaq getmişdim. Ailədə kiçik yaşlı uşaqlar vardı. Gənc ana nə qədər çalışırdısa, onları sakitləşdirə bilmirdi. Balacalar bir-biriləri ilə aqressiv davranır, tez-tez ağlayırdılar. Bunu görən nənə uşaqları qonşu otağa apardı və bununla da bütün səs-küy kəsildi. Sanki heç bu evdə uşaq yox imiş. Təəccübləndiyimi görən nənə dedi:
    –Uşaqlara cizgi filmi qoymuşam, baxırlar. Evdə sakitçiliyi ancaq bu yolla yarada bilirik.
    Söhbətimiz bir saatdan artıq davam etdi. Bu müddətdə uşaqlar televizorun qarşısından durmadılar.
    Psixoloqlar deyirlər ki, 2-6 yaş arasındakı uşaqlar erkən yaş qrupuna aiddirlər. Bu dövrlərdə əsasən əzələlərin inkişafı başlayır. Ona görə də oyaq olan vaxtlarını onlar oynamaqla keçirməlidirlər ki, həmin oyunlar böyümələrinə və inkişaf etmələrinə səbəb olsun.
    Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, söhbət balacaların hansı cizgi filmlərinə baxmalarından gedir. Əksər hallarda, bunlar milli varlığımıza yad olan, uşaqlarda aqressiya halları yaradan xarici animasiyalardır. Bu isə stress halları yaratmaqla yanaşı, həm də əqli geriliyə, nitqin inkişafında problemlərə səbəb olur.

    Hazırda ailələrdə ən çox rast gəldiyimiz hallardan biri də körpələrin ana laylası ilə deyil, mobil telefonlar vasitəsilə sakitləşdirilməsidir. Hətta 1 yaşında olan uşaqlar belə əllərində mobil telefon müxtəlif oyunlara tamaşa edirlər ki, bu da onların gələcək səhhətinə çox ciddi ziyandır.
    Təhlükələr cürbəcür olur. Bütün valideynlər də var qüvvələri ilə sevimli övladlarını bu təhlükələrdən qorumağa çalışırlar. Amma bəzən onlar özləri də görünməyən təhlükələrin vurduğu ziyanı lazımınca dərk etmirlər. Məsələn, bütün mütəxəssislər deyirlər ki, balacaların mobil cihazlarla, kompüterlərlə təmas qurmasına ümumiyyətlə ehtiyac yoxdur. Əgər buna yol verilirsə, deməli, valideynlərin özlərinin maarifləndirilməsi vacib məsələdir. Ata və analar bilməlidirlər ki, sağlam övlad böyütmək üçün onları düzgün yedizdirib-içizdirmək, geyindirməklə yanaşı, həm də nəyin ziyanlı, yaxud xeyirli olmasını bilmək lazımdır. Bunu xüsusən də yaşadığımız müasir cəmiyyətimizin inkişaf səviyyəsi tələb edir.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:04

    Teqlər:

İsmarıclar bağlıdır.