Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    ÜRƏKLƏRİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR

    Həyatda sevdiklərimiz çoxdur. Analar, atalar, qardaş-bacılar, övladlar, qohum-əqraba, qonum-qonşu, dost-yoldaş, yaşadığımız doğma ocağımız, kəndimiz, şəhərimiz, dağımız-bağımız, gül-çiçəyimiz və ila-xır. Sevgimizin ən ulusu Allahımıza və vətənimizə aiddir. Allahımız itaət və and ye-rimizdir, vətənimiz isə qürur yerimiz, toxunulmaz-bölünməz məkanımızdır. Harada yaşamağımızdan asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsi ilə qürurlanır. Vətənimiz evimizdən, küçəmizdən, kəndimizdən, şəhərimizdən başlayaraq bütöv ölkəmizlə tamamlanır, doğma Azərbaycan deyilən bir məmləkətə çevrilir. Bu məmləkətin övladları təkcə ölkəmizdə yaşamırlar. Minlərlə soydaşımız xarici ölkələrdə yaşayırlar, ölkəmizin təmsilçisinə çevrilirlər.
    Bu gün müsahibim onlardan biri–hamımızın yaxşı tanıdığı və hörmət etdiyi insanlar–Meydan və Şəfiqə Mürsəlovların övladı Kubra Mürsəlovadır. O, bir müddət əvvəl əlaqə saxladığımız zaman söz vermişdi ki, rayonumuza gələndə redaksiyamızın qonağı olacaqdır. Kubra xanım verdiyi sözə əməl etdi. Onunla həmsöhbət olduq. Hər ikimiz şəhər 1 saylı tam orta məktəbin müxtəlif illərdəki məzunu olmuşuq. Ötən illəri xatırladıqdan sonra özü, ailəsi haqqında söhbətləşdik.
    Kubra xanım bildirdi ki, artıq uzun illərdir Mockva şəhərində yaşayırlar. Ailə vəziyyəti ilə əlaqədar, yəni həyat yoldaşı Lətif Alnəzərov Moskva şəhərində Kənd Təsərrüfatı Nazirliyində işlədiyi üçün orada yaşamalı olublar. Özü isə məktəbəqədər hazırlıq müəssisəsində ingilis dilini tədris edib. Hazırda hər ikisi təqaüdçüdür. Üç övladları var. Böyük oğlu Elxan bank, Şahin maliyyə işçisidir. Leyla isə Nyu-Yorkda Kino Akademiyasının jurnalistika fakültəsini bitirib. Hazırda “Rossiya–24” tele kanalında çalışır.
    Kubra xanım ailəsindən, övladlarından fəxrlə danışırdı. Dedi ki, oğlanlarım da, qızım da ailəlidirlər. Böyük gəlinim Yulya yəhudi, ikincisi azərbaycanlıdır, Qəbələdəndir. Kürəkənim Canpolad da azərbaycanlıdır. 3 nəvəm var. İlk nəvəmiz Yeva bu il birinci sinifə gedəcək. Biz illərlə vətəndən uzaqda yaşasaq da dilimizi, milli adətlərimizi unutmuruq, hətta nəvələrimizə də Azərbaycan dilini öyrədirik. Qızım Leyla ingilis, ispan, rus, türk dillərində danışa bilir. Lakin öz ana dilimiz onun üçün daha doğmadır, övladlarına ilk olaraq Azərbaycan dilini öyrədir. Uşaqlarımız Azərbaycanı çox sevirlər. Hər il doğma rayonlarımızda, gündən-günə gözəlləşən Bakımızda qonaq olmağa çalışırlar.
    Kubra xanım orada yaşayan həmvətənlərimizlə ailəvi görüşlərin keçirilməsindən söz açdı. Bildirdi ki, Moskvada yaradılmış “Şəhriyar” ədəbi birliyində tez-tez görüşlər keçirilir. Həmyerlimiz Vasif Məmmədov, Alı Abbasov da həmin ədəbi birliyin üzvləridir. Orada fikir mübadilələri aparılır, bəzi adətlərimiz, yeni yazılmış şeirlər, təzə kitablar haqqında müəyyən fikirlər söylənilir. Qızım Leyla dinimizin müqəddəsliyi, milli adətlərimizlə bağlı bir sıra işlər görür, müəyyən çəkilişlər edir. Biz xaricdə yaşayan azərbaycanlılar doğma Azərbaycanın, onun sakinlərinin hər bir uğuruna sevinən, qürrələnən insanlarıq. Demək olar ki, hər gün qohum-əqrabalarımızla əlaqə saxlayırıq. Yaxşı bilirik ki, bizim ən böyük dərdimiz Qarabağdır. İnşaallah, yaxın bir vaxtda bu dərdimizə son qoyular. Çünki, düşünülmüş siyasətimiz, ağıllı Prezidentimiz, güclü ordumuz var.
    Kubra xanım danışdıqca heyrətimi gizlədə bilmirdim. Bu qadında gələcəyə olan inama həsəd apardım.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:10

    Teqlər:

İsmarıclar bağlıdır.