Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    ScanHaqqında çox yazılmayan igid oğullarımızdan biri–İsmayılov Mayıl Zakir oğlu Qarabağ müharibəsində qardaşı Əli ilə birlikdə mənfurlara qarşı döyüşürdülər. Əli şəhid olub, Mayıl isə əlildir.
    Mayılla görüşüb onun təəssüratlarını öyrənmək fikrinə düşdüm. Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov telefonla zəng edərək Mayılın redaksiyaya gələcəyini bildirdi. Çox az vaxt çəkdi. Hündür boylu, ilk baxışda sağlam cüssəli görünən bir şəxs gəlib söylədi ki, mən Mayıl İsmayılovam. Müharibə xatirələrindən, döyüş günlərindən danışmasını xahiş etdim.
    Bildirdi ki, 1990-cı ildə Sovet ordusu sıralarında Belorusiyada hərbi xidmətdə idim. Qarabağ uğrunda müharibənin başlamasını eşitdim. Orada qala bilmədim. Ordudan qaçaraq Tərtərə gəldim. Özümdən böyük qardaşım Əli ilə birlikdə Milli Ordumuzun sıralarına qatıldım.
    Qardaşlar Laçın və Ağdərə bölgələrində gedən döyüşlərdə mərdliklə vuruşurdular. Drambon uğrunda gedən döyüşlərdə Mayıl yaralanıb, xəstəxanaya düşdü. Əli isə Vəng uğrunda gedən döyüşdə şəhid oldu. Mayıl 2 ay xəstəxanada müalicə aldı. Əlinin cəsədi isə 2 aydan sonra şəhid olmuş 12 nəfər döyüşçünün cəsədi ilə birgə Tərtər şəhərinə gətirilərək torpağa tapşırıldı.
    Mənfur ermənilərin məkri nəticəsində yüzlərlə ər oğullarımız torpağa gömüldü, qalanlar isə əlilliyə məhkum oldular. Bu gün Mayıl şəhid qardaşının həsrətini çəkir, özü isə Qarabağ müharibəsi vetera-nıdır. Həm ürəyində, həm canında mənfur ermə-nilərin yaralarını daşıyır.
    Mayıl döyüş günlərini ürək yanqısı ilə yada salır. Milli Qəhrəman Vəzir Orucovla çiyin-çiyinə ermənilərlə vuruşduğunu söyləyir. Kaş ki, torpaqlarımızı o quldurların tapdağından azad edə bilərdik. Elə bilərəm ki, onda şəhid ruhları qarşısında öz borcumuzu ödəmiş olardıq. Şəhid ruhları bizim üçün çox müqəddəsdir. Axı, onlar torpaqlarımızın bütövlüyü, toxunulmazlığı uğrunda şəhid olublar. Biz vətən oğulları da onların arzularının davamçıları olaraq torpaqlarımızı azad etməli, sərhədlərimizi var gücümüzlə qorumalıyıq. Bu, bizim hər birimizin müqəddəs borcudur.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 16:08

    Teqlər:

İsmarıclar bağlıdır.