Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq

    Salam Sadıqov 1956-cı ildə rayonumuzun Əksipara kəndində doğulub. Orta məktəbi Qarağacı kəndində bitirib. Kursk şəhərində torpaqşünaslıq ixtisası üzrə ali təhsil alıb. Sonra Sumqayıtda polis orqanlarında çalışıb.
    Hazırda həmyerlimiz təqaüddədir. Moskva şəhərində yaşayır və bizneslə məşğul olur. İşinin çoxluğuna baxmayaraq, Salam Sadıqov vaxtaşırı doğma kəndinə gəlir, həmkəndlilərilə görüşür. Hər gəlişində eli-obası üçün hansısa bir iş görməyə çalışır: məktəbin təmirinə kömək edir, xeyir-şər mağarı düzəltdirir, qəbristanlığa gedən yolu abadlaşdırır.
    Salam müəllim deyir ki, iri şəhərlərdən sonra uşaqlıq və gənclik illəri keçdiyi doğma yerlər onun ruhuna sakitlik gətirir, mənən rahatlıq tapır. Tərtər şəhərinin və onun kəndlərinin abadlaşdırılması, gözəlləşməsi isə çox sevindiricidir.
    İnsanların həyatında, məişətində də dəyişikliklər, yeniliklər çoxdur. İndi kənd sakinləri heç də pis yaşamırlar. İşıqlar daim yanır, evlərdə “mavi alov” şölələnir, müasir rabitə-texnologiya vasitələrindən istifadə olunur.
    İş adamının ürəyincə olan bir məsələ də var ki, bu da elində-obasında insanların milli-mənəvi dəyərlərimizi daim uca tutmasıdır. O deyir ki, sürətli dəyişikliklər dövründə Əksiparada insanlar arasında saf münasibətlər, böyüyə-kiçiyə hörmət, torpağa, yurda bağlılıq əvvəlki kimi qalmaqdadır.

    Ceyran QULİYEVA

    Müəllif: Redaktor, 16:10

    Teqlər:

İsmarıclar bağlıdır.