Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Mənə hədiyyə etdiyiniz “Ölümsüz ömürlər” adı altıncı kitabınızı oxudum. Müəllif sözünüz məni kövrəltdi.
    Ulu Tanrı hərəyə bir ömür payı verir. Bu az zaman kəsiyində hər kəs ona bəxş olunan əmanət ömrü bir cürə yaşayır. Siz 82 il yaşadığınız ömrü vicdanla, şərəflə yaşamısınız. Həmişə alnıaçıq, şax gəzmisiniz. Çünki uzun müddət müxtəlif vəzifələrdə işləsəniz də, heç vaxt haqqı nahaqqa verməmisiniz, halal adamsınız.
    Aramızda yaş fərqi çox olsa da, hələ lap məktəb illərindən-1980-ci illərdən Sizinlə səmimi münasibətimiz olub. Özünüzə, qələminizə, yaradıcılığınıza böyük hörmətim var. Bu gün də dostuq, çünki yaradıcı insanlar bir-birlərini daha yaxşı başa düşürlər.
    “Qızıl qələm” mükafatçısı, “Şərəf” nişanı ordenli, jurnalist adını hər şeydən uca tutan Qədir Allahverdiyev!
    Bu kitab, Sizin özünüzün yazdığınız kimi, axırıncı yox, axarıncı kitabınız olacaq. Ürəyinizdə doğmalarınızın nisgili, oğul dağı olsa da, yaşamalısınız. Sizi sevən minlərlə oxucunuzun, dostların, doğmaların xatirinə qələmə sarılıb, “ölümsüz ömürlər”ə qovuşmalısınız. Biz Sizin poeziyanızı, nəsrinizi, publisistikanızı sevir, Sizdən hələ çox yazılar gözləyirik.
    Hörmətli ağsaqqalımız Qədir müəllim!
    Sizi “Ölümsüz ömürlər” adlı altıncı kitabınızın çapdan çıxması münasibəti ilə ürəkdən təbrik edirəm. Mənalı yaşadığınız ömrünüzün uzun ol-masını, bir daha vaxtilə yaşadığınız ağrıacıların təkrar yaşanmamasını arzulayıram. Gün o gün olsun ki, 100 illik yubileyinizi qeyd edəsəniz!

    Hörmətlə:həmkarınız
    Svetlana Əzizova

    Müəllif: Redaktor, 09:34

    Teqlər:

İsmarıclar bağlıdır.