Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Bu il kəndimizdə 25 hektar sahədə pambıq becərilib.
    Bu sahədə yaxşı təcrübəsi olan fermerlərdən Rəşad Məmmədov 15, Məhiyəddin Məmmədov 2,5, Xamis Əsgərov 2,28, Malik Quliyev 2,6 hektar sahədə “ağ qızıl” becəriblər. Sahələrə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün bitkilərin inkişafı normaldır.
    Cərgəaralarına 3 dəfə kultivasiya çəkilib, hektara 250 kq hesabı ilə azot gübrəsi verilib. Bitkilərə qayğı ilə qulluq edildiyi üçün tarlalardan bol məhsul gözlənilir.
    Pambıqçılıqdan çoxdan ayrılan digər kənd sakinləri də gələn il hamılıqla pambıq əkəcəklərini qarşılarına məqsəd qoymuşlar. Çünki bu, kəndli üçün əsas gəlir mənbəyi, firavan həyat tərzidir.
    Mənfur qonşularımız Sərsəng Su Anbarından gələn suyun qarşısını qəsdən kəsdiklərinə görə fermerlər pambıq əkini sahələrini subartezian quyularının hesabına suvarırlar. Bu isə müəyyən çətinliklərin yaranmasına səbəb olur.

    Xamis ƏSGƏROV,
    Kəngərli kəndi

    Müəllif: Redaktor, 09:52

    Teqlər:

İsmarıclar bağlıdır.