Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    DAMLA İLƏ SUVARMA

    Seydimli kəndində sahibkar Nəsib Vəliyevi hamı yaxşı bir bağban kimi tanıyır. O, xeyli vaxtdır ki, xurma ağaclarını əkib-becərir. Becərdiyi 28 hektar xurma bağından hər dəfə nəzərdə tutulandan xeyli çox məhsul yığılır. Özünün dediyi kimi, təsərrüfatın digər sahələri kimi ağac əkib, bağ salıb onu becərmək, yaxşı məhsul götürmək də böyük zəhmət tələb edir.
    Artıq 6 ildir ki, bağlar bar verir. Hər hektardan ildə 8-10 ton məhsul yığılıb Bakı şəhərinin və eləcə də Rusiyanın bazarlarına yola salınır.
    Təsərrüfatında xeyli işçi qüvvəsi çalışır. Onlar ağacların suvarılmasında, diblərinin yumşaldılmasında, budama işlərində, məhsul yığımında və onun qablaşdırılmasında yaxından iştirak edirlər. Səməndər Əhmədov, Teymur Hacıyev, Vüqar İsmayılov və başqaları işlərinin öhdəsindən bacarıqla gəlirlər. İl boyu hər işçinin orta aylıq əmək haqqı 300 manatdan az olmur. Sahibkar bağbanla söhbət zamanı bu sahədə daha bir yeniliyə nail olduğunu bildirdi. Öyrəndik ki, o, xurma bağlarının sahəsini daha 10 hektar artırıb. Xaricdən gətirilmiş 5 min xurma tingi əkib. Bağdakı ağaclar damla üsulu ilə suvarılır. Sahibkar deyir ki, bu ildən mövcud ağacların hamısını damla üsulu ilə suvarırıq. Belə ki, sıra ilə əkilmiş ağacların hər birinin dibindən keçən plastik su borusu birbaşa subartezian quyusuna birləşdirilmişdir. Lazım olduqca ağaclar damla üsulu ilə suvarılır. Bu, həm də su itkisinin qarşısını alır.
    Nəsib Vəliyev onu da qeyd etdi ki, bu işin başlanğıcı bir az çətin olsa da, sonradan hər şey yoluna düşür.
    İndi bizim yeni tətbiq etdiyimiz damla üsulundan respublikamızınn Ucar və Göyçay rayonlarında çoxdan istifadə edilir.
    Sahibkar deyir ki, ümidvaram ki, bağçılıqda damla üsulu ilə suvarmadan rayonumuzun digər təsərrüfatlarında da istifadə edəcəklər.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 09:55

    Teqlər:

İsmarıclar bağlıdır.