Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Heyvandarlığın inkişaf etdirilməsində əsas və başlıca məsələ bol yem tədarük etməkdir.
    Ərazimizdə maldarlıqla əsas məşğul olan fermerlər Qabil Əliyev və Rəhim Aslanovdur. Qabil 40 baş, Rəhim isə 45 baş mal-qara bəsləyir. Onların hər ikisi yaxşı bilir ki, bol yem tədarük etmədən mal-qara bəsləmək, onu inkişaf etdirmək mümkün deyil. Bu ilin yay mövsümündə Qabil 4 hektara yaxın yonca sahəsindən 2 mindən çox yonca kipi, 5 min saman kipi, 500-ə yaxın sorqo kipi bağlatdrıb. Bundan başqa 15 tondan çox arpa yemi tədarük edib.
    Maldarlıqla məsğul olan digər fermer Rəhim Aslanov isə yoncalıqlardan 3 minə yaxın kip, 2 mindən çox saman kipi, 10 tondan çox arpa tədarük edib.
    Hər iki fermerin indi bəslədikləri mallar əsasən ətlik istiqamətində nəzərdə tutulub. Yonca sahələrinin növbəti biçini üçün suvarılması davam etdirilir.
    Mal-qara bəsləyən fermerlər təsərrüfatın digər sahələri kimi yonca, sorqo və digər sahələrin suvarılmasında subartezian quyularının suyundan istifadə edirlər. Ərazimizdə 21 ədəd subartezian quyusu var. Onların hamısı işləyir.

    Nazim XƏLİLOV,
    Azadqaraqoyunlu kənd
    İƏD üzrə nümayəndə

    Müəllif: Redaktor, 10:01

    Teqlər:

İsmarıclar bağlıdır.