Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen

    Cəbhə bölgəsi olan Tərtər rayonunda da yeni dərs ili başlandı. Bu münasibətlə rayonun bütün məktəblərində tədbirlər təşkil olundu. Rayonun məsul vəzifəli şəxsləri, mətbuat işçiləri, valideynlər və sıravi vətəndaşlar “Bilik günü” ilə bağlı keçirilən bu təntənəli mərasimlərdə iştirak edirdilər. Hamı yeni dərs ilinin başlaması münasibəti ilə müəllim və şagird kollektivlərini, həmçinin valideynləri, ələlxüsus birinci sinifə yenicə qədəm qoyan uşaqları ürəkdən təbrik edib, sevinclərini onlarla bölüşür, təhsildə uğurlar arzulayırdı.
    Şənliklərdə qeyd olundu ki, 2018-2019-cu tədris ilində rayonumuzda cəmi 47 ümumtəhsil məktəbi fəaliyyət göstərəcək. Həmin məktəblərdə 10 min 300 nəfərdən çox şagirdin təlim-tərbiyəsi ilə 1300 nəfərdən çox müəllimin məşğul olacağı nəzərdə tutulub.
    Yeni dərs ilində birinci siniflərdə 930 nəfər şagird oxuyacaqdır.
    O da qeyd olundu ki, Tərtər rayonunda təhsilin səviyyəsi ilbəil artır, məktəblərin maddi-texniki bazası daha da möhkəmlənir. Bunun nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 363 nəfərdən 224 nəfəri ali, 106 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri isə 500-dən yuxarı bal toplayıbdır.
    Ötən təhsil ilində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Seydimli kənd orta məktəbinin əlavə korpusu və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu əsaslı təmir olunub.
    “Bilik günü”ndə qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilə göstərdikləri diqqət və qayğı rayonumuzda da özünü daim bariz şəkildə göstərir.
    Rayon rəhbərliyi də təhsilin inkişafını həmişə diqqət mərkəzində saxlayır. Yeni dərs ili münasibəti ilə şəhər 6,1,5,3 saylı məktəblərdə, yeni qəsəbədə fəaliyyət göstərən üç Ağdam, üç Laçın və iki Kəlbəcər rayon məktəblərindəki tədbirlərdə icra başçısının iştirakı bu qayğının əyani təzahürüdür.
    Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri–müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:43

    Teqlər:

İsmarıclar bağlıdır.