Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    Hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili onun qürur mənbəyidir.
    Azərbaycan xalqı zaman-zaman represiyalara məruz qalsa da öz ana dilini qoruyub saxlamışdır: Xalqın alov dilli şairi Xəlil Rza Ulutürk böyük qürur hissi ilə söyləyib.
    Yaddan çıxmaz ana dilim,
    Doğransam da dilim-dilim…
    Bəli, bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər.
    Dilimiz milli sərvətimizdir. Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Ancaq dili yalnız proqram çərçivəsində tədris etməklə kifayətlənmək olmaz. Ana dilimizi tədris edən müəllim əlisilahlı əsgər kimi onun keşiyini çəkməli və dilimizi sevdirməyi bacarmalıdır.
    Fikrimizcə Azərbaycan dilinin daxili imkanları hesabına sözlərin qarşılıqlarının verilməsinə çox gərək var. Nədən “Allah” sözünü “Tanrı”, “pilyaj” sözünu “çimərlik”, “transilyasiya” sözünün “canlı yayım”, son illərdə dilimizdə daha çox işlədilən “şou” sözünü “əyləncə”, “svetafor” sözünü “işıqfor”, “kompüter” sözünü “bilgisayar”, “kreativ” sözünü “yaradıcı”, “razetka” sözünü “elektrik yuvası” kimi işlətmirik. Məncə, bunun başlıca səbəbi dilə dəb kimi yanaşılmasıdır. Nəticədə dilimizə xələl gəlir.
    Bəziləri rus sözləri işlətdikdən sonra üzr istəyir və əvəzində dilimizdə olan ərəb mənşəli sözlər işlədir. Məsələn “ruşqa” deyənlər guya səhvlərini düzəldirmiş kimi “qələm” sözünü işlədir. Halbuki qələm sözü də ərəb mənşəli sözdür. Mənim üçün “qələm” sözü “ruçqa” sözü ilə eyni əhəmiyyət kəsb edir. Əslində isə bu sözlərin türkcə qarşılığı olaraq “yazan” ifadəsi işlədilməlidir. Biz bir şeyi pozan əşyaya “pozan” deyiriksə, yazan əşyaya da yazan deməliyik və bu kimi sözləri öz ətrafımızda yaymalıyıq. Biz yavaş-yavaş əcnəbi sözləri hədəf alıb dilimizdən çıxarsaq, böyük təmizləmələrə nail olarıq. Çünki kütləvi şəkildə işlədilən belə sözlər dilimizin saflığını pozur, yad təsirlərə şərait yaradır. Düzdür, bütün alınma sözlərin və terminlərin qarşılığını vermək qeyri-mümkündür. Bununla bərabər dilçilərimiz bu barədə düşünməli, dilimizin öz imkanlarından yararlanmalı, yeni sözlər və terminlər ifadə etməlidirlər.
    Dövlətçiliyin təməlinin, milli varlığının mədəniyyətə bağlı olduğunu aydın dərk edən ulu öndər Heydər Əliyev deyib: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr edirik”.
    Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq.
    Dilimiz milli-mənəvi dəyərimizdir. Dilimiz varsa, biz də varıq.

    Tahirə QULİYEVA,
    şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 10:39

    Teqlər:

İsmarıclar bağlıdır.