Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞU SARSILMAZDIR

    Düz 100 il əvvəl – 1918-ci ilin sentyabr ayında Bakı şəhəri tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram etmişdi. Bir əsrdən sonra həmin gün yenidən təkrarlandı. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr edilən parad Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz birliyinin nümayişinə çevrildi.
    Bu münasibətlə keçirilən paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”.

    Bakıda paradın keçirildiyi gün Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günü idi. Bütün dünya bir daha əmin oldu ki, bu iki dövlətin dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın paraddakı çıxışı da bütün dünyaya mesaj oldu. O dedi: “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət”–deyə, rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik”.* * *Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin keçidi başlandı.
    Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusu-nun qoşun növlərinin bayraqları gətirildi.
    Meydana Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları daxil oldular.
    Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikalarının və silah sistemlərinin keçidi oldu. Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli tank texnikası, hava hücumundan müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirdi.
    Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu oldu.
    Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başladı. Türkiyəli şahinlər Azadlıq meydanı üzərində Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkdilər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:07

    Teqlər:

İsmarıclar bağlıdır.