Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    “İŞIQ VÜQAR”

    1981-cı il oktyabrın 20-si ulu öndər Heydər Əliyevin tapşırığı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bulokunun istifadəyə verildiyi gündür. Həmin gün Azərbaycan energetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. 2004-cü ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə həmin tarix ölkəmizdə Energetiklər Günü kimi təsis edilib. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi islahatlar – o cümlədən elektrik energetikası Azərbaycanın qüdrətlənməsindən xəbər verir. Energetiklərimiz çətin və şərəfli peşələrinin öhdəsindən ləyaqətlə gəlməyə çalışırlar. Bayram günü münasibəti ilə əlaqədar onlardan biri– Vüqar Aslanovdan yazmaq məsləhət görüldü.
    Vüqarla görüşüb söhbət etdik. Peşəsinin çətin və məsuliyyətli olduğunu söylədi. Bildirdi ki, peşəsinin incəliklərini atasından öyrənib. Doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra atası Aydın Aslanovun çalışdığı Bərdə Elektrik Şəbəkəsində montyor kimi fəaliyyətə başlayıb. Bir ildən sonra həqiqi hərbi xidmətə çağrılıb. İki il əsgəri borcunu yerinə yetirdikdən sonra Tərtər Elektrik Şəbəkəsində işə götürülüb. O vaxtdan hal-hazıra kimi orada çalışır.
    Vüqarı hamı bacarıqlı və işgüzar elektrik kimi tanıyır. Transformatorların, elektrik xətlərinin təmirində onun zəhməti çoxdur. Vüqar peşəsinin ustasıdır. Hətta ona camaat arasında “İşıq Vüqar” deyənlər də var.
    Vüqar bildirdi ki, elə bizimlə görüşə gələn vaxt da onu çağırıblar, işə tələsir. Buna görə söhbətimz də çox qısa oldu.
    – Sonda Vüqara dedik:
    Energetiklər günü münasibəti ilə bütün energetikləri təbrik edirik. Arzulayıram ki, elektrik xətlərindəki enerji heç zaman kəsilməsin.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:57

    Teqlər:

İsmarıclar bağlıdır.