Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Okt

    Yaxın günlərdə Siz də səksən yaşın əlini sıxacaqsınız, əzizim Rasim müəllim!
    Elə, belə götürəndə səksən yaş heç də az yaş deyil. Amma məsələyə məşhur yazıçı Viktor Hüqonun dedikləri baxımından yanaşsaq, bu yaş uzunömürlülər ölkəsi olan Azərbaycan üçün çox da böyük yaş deyil. Əgər Viktor Hüqo altmış yaşı qocalığın gəncliyi sayırsa, onda biz nə üçün səksən yaşı qocalıq hesab etməliyik?
    Özünüzü qoca bilməyə Sizin haqqınız yoxdur, Rasim müəllim! Bu səksən yaş böyük yaradanın Sizə bəxş etdiyi şərəfli ömür payıdı. Təsəllinizi hər şeydən əvvəl, onda tapa bilərsiniz ki, Siz yaşınızın üstünə yaş gəldikcə müdrikləşirsiniz. Hamıda belə olmur, axı! Yaşı artdıqca ağlı azalanlar az deyil. Bu fikri hamı təsdiq eləyə bilər.
    Mənim də az yaşım yoxdur, Rasim müəllim. Sizdən iki yaş böyüyəm. Yaşadığım bu uzun illər ərzində dünyaya insan adı ilə gəlib, insanlıqdan kənar olanları, “dünya beş gündür, beşi də qara” – deyib, ömrünü eyş-işrətlə keçirənləri, təkcə özü üçün yaşayıb nəfsinə və qarnına qul olanları az görməmişəm.
    Səksən yaş yox, heç onun yarısının yarısı qədər də yaşı olub şərəfsiz ömür sürənlər görmüşəm ki, varlıqları torpağa ağırlıq eləyib. Torpağa qoyulmasalar da, yaşamayıblar. Diri ikən ölü kimi həyat sürüblər. Huş başdan, can cəsəddən ayrılıb, təkcə quruca nəfəs almaları qalıb yer üzün-də. Görünür, torpaq da qoynuna almaq istəməyib bu cür yaşaya-yaşaya ölənləri!
    Siz isə özünüzü xoşbəxtlərin xoşbəxti saya bilərsiniz, Rasim müəllim! Məhz elə ona görə ki, çox mənalı və şərəfli bir həyat yolu keçmisiniz. Hələ uşaqlığınızdan zəhmətə qatlaşmış, elmin daşlıkəsəkli yollarından pillə-pillə keçərək, onun zirvəsinə yüksəlmisiniz. Bu ucalığın zirvəsində dayanmısınız. Texnika elmləri doktoru, professor kimi çox şərəfli bir ad daşıyırsınız.
    Bu cür zirvəyə yüksəlmək, belə bir adsan sahibi olmaq, iş yoldaşlarınızın, həmyerlilərinizin, bütün Sizi tanıyanların hamısının hörmətini qazanmaq, el içində insanlığına, ləyaqətinə, bütün insani keyfiyyətlərinə görə barmaqla göstərilmək heç də hər adama nəsib olmur.
    Belə xoşbəxtliyi təkcə Sizin adınıza yazmaq məncə ədalətsizlik olardı. Bu xoşbəxtlik unudulmaz həmyerlimiz, vaxtilə Azad Qaraqoyunlu kəndində yaşayıb işləyən, zamanın sayılıb-seçilən ziyalılarından olan, o vaxtkı partiya, hökumət rəhbərlərinin diqqətindən yayınmayan Fərrux bəyin ocağından çıxan övladların hamısının payına düşür.
    Fərrux bəy o Fərrux bəy olub ki, savadsızlığın hökm sürdüyü zamanda kəndlərdə həmyerlilərinə bilik verib, savad öyrədib. Təkcə bununla da kifayətlənməyib. O, kəndində tibb məntəqəsi yara-dıb, kənd adamlarının pulsuz müalicəsi ilə məşğul olub.
    Açığını deyim ki, mən Fərrux bəyin ocağından çıxanlardan filologiya elmləri doktoru, professor Nazim Axundovdan və Tərtərdə müəllim işləmiş Hədiqə Axundovadan başqa heç birini tanımırdım.
    Həmin ocaqdan çıxanlarla ətraflı tanışlığım həmyerlimiz, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifin öz qəzetində dərc etdirdiyi “Axundovlar ocağı” adlı məqaləsini oxuduqdan sonra başlandı.
    Adını çəkdiyim məqalədə diqqətimi çəkən bir məsələni də qeyd etməyi lazım bilirəm. Hamıya yaxşı məlumdur ki, kiçiklər həmişə böyüklərin yolu ilə getməyə, onların sevib-seçdiyi ixtisasa meyilli olurlar. Hüquqşünasın övladı hüquqşünas, mühəndisin övladı mühəndis, həkimin öv-ladı həkim olmaq istəyir. Axundovlar ocağından çıxanlarda isə bu iş əksinə olub. Yəni hamı bir peşəyə, bir ixtisas sahəsinə bağlanmaq istəməyib. Görünür bu sahədə də Fərrux bəyin dəyərli məsləhətləri kara gəlib.
    Siz ixtisas seçimlərinə fikir verin. Fərrux bəyin uşaqlarından Qasım Axundov biologiya elmləri doktoru, Kazım Axundov tibb elmləri doktoru, Nazim Axundov filolo-giya elmləri doktoru, Səlim Axundov texnika elmləri doktoru adlarını alıblar. Əzim Axundov mühəndis, qızları Əfiqə, Şəfiqə, Rəfiqə və Hədiqə müxtəlif ixtisaslar qazanıblar.
    Belə ailəyə xoşbəxt ziyalılar ailəsi adından başqa nə ad vermək olar?
    Sözümün sonunda qoy onu da deyim ki, Siz həm də hörmətli həmyerlimiz kimi bizim Tərtər rayon Ağsaqqallar Şurasının üzvüsünüz, Rasim müəllim!
    80 yaşınız mübarək olsun! Sizə hər sahədə uğurlar arzulayıram!

    Qədir Allahverdiyev,
    Tərtər rayon Ağsaqqallar Şurasının sədri

    Müəllif: Redaktor, 11:03

    Teqlər:

İsmarıclar bağlıdır.