Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    Hər fəslin öz gözəlliyi var. Payızın gözəlliyi ondadır ki, əksər məhsullar payız fəslində hasilə gəlir, yığılır. İstər tərəvəz məhsulları olsun, istərsə də bağlardakı mer-meyvə, su olmasa, heç bir bolluqdan danışmağa dəyməz. Elə buna görə də əbəs yerə demirlər ki, su həyatdır. Susuz yaşamaq mümkün deyil.
    İnsanların tələbatını həm də kəndlinin becərib, hasilə gətirdiyi meyvə-tərəvəz, göy-göyərti məhsulları təmin edir. Ancaq bu il bazardakı qiymətlərin baha olmasının səbəblərindən biri də ermənilər tərəfindən Sərsəng Su Anbarından Tərtər rayonunu suvarma suyu ilə təmin edən su kanallarının qarşısının əkin-biçin vaxtı qəsdən kəsilməsidir. Buna görə də suvarma suyu bəzi kəndlərimizdə qıt olur və ya çatışmır. Heç kimə sirr deyil ki, bu il bazarda pomidorun kiloqramının qiyməti bir manat yarımdan aşağı düşmədi, göy-göyərtinin qiyməti də baha oldu. Həmişə bazardan 10-15 qəpiyə aldığı-mız bir dəstə keşniş və yaxud şüyüdün qiyməti 1 manata qalxdı. Özü də əvvəlki illərdəki kimi keyfiyyətli deyildi.
    Onu da qeyd etmək vacibdir ki, builki istilər və quraqlıq kəndlərin bəzilərində çətinliklər yaratdı.
    İstilər bir yana, heç olmasa Tərtər çayından mütəmadi şəkildə su gəlsəydi, söz yox ki, tərəvəzin, mer-meyvənin qiyməti belə yuxarı olmazdı, keyfiyyəti isə indikindən daha da yüksək olardı. Demək istəyirəm ki, ermənilər bizimlə yalnız silahlarla müharibə aparmır, həm də ekoloji müharibə aparır. Bunun nəticəsində işə həm adamlara, həm də ətraf mühitə ciddi zərər dəyir, canlı aləm fəlakətə düçar olur.
    Antuan de Sent-Ekzüperi yazır: “Su!… Demək olmaz ki, həyat üçün zərurisən, sən həyatın özüsən. Sən bizim hisslərimi zi izahedilməz sevinclə doldurursan, səninlə itirdiyimiz gücümüz bizə qayıdır. Sən dünyadakı ən böyük nemətsən”.

    Mirzə NƏSİR

    Müəllif: Redaktor, 09:40

    Teqlər:

İsmarıclar bağlıdır.