Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Okt

    Yaxın günlərdə bir toy məclisində idim. Üz-gözündən nur tökülən bir kişinin oynamağa dəvət edilməsi və hörmətlə başına toplaşanları gördükdə özümu saxlamayıb soruşdum:
    – Kimdir o kişi?
    Yanımda əyləşənlərdən biri dedi: – Oğlanın dayısıdır.
    Sonra dedilər ki, Qaynaq kəndində yaşayır, iş görən zaman öz traktorunun altında qalıb, xeyli əzilmişdi, gözünü də o vaxt itirib.
    O vaxtdan onun haqqında yazmağı qarşıma məqsəd qoymuşdum. İş planındakı “Ahıllar günü” mövzusu sanki mənə yardımçı oldu. Görüşüb, söhbətləşdik.
    Bu mülayim danışıqlı insan Həmid Hüseynovdur. O, 1948-ci ildə Qaynaq kəndində sadə bir ailədə–kolxozçu Hüseyn kişinin ailəsində doğulub. Atası traktorcu olduğundan oğlu Həmiddə atasının peşəsinə maraq yaranıb. Hələ kiçik yaşlarında Hüseyn kişi traktorun nasaz hissəsini nəzərdən keçirəndə balaca Həmid sağ-soluna keçib maraqla baxardı. Bu maraq Həmid böyüdükcə peşəyə qarşı sevgiyə çevrildi. O, 1955-ci ildə Qaynaq kənd səkkizillik məktəbini bitirdikdən sonra yolunu rayonumuzdakı 31 nömrəli texniki peşə məktəbinə saldı. Orada traktorçu ixtisasına yiyələndi.
    Həmid Hüseynov hazırda ömrünün ahıl çağlarını yaşayır. Cavanlıq illərindən, zəhmətlə dolu günlərindən həyəcanla danışır. Söyləyir ki, 1967-ci ildən kolxozda traktorçu işləmişəm ta 2009-ci ilə kimi. Bu illər ərzində yer şumlamışam, ot çalmışam, kip bağlamışam. Bir sözlə, zəhmətdən ayrılmamışam. Ruzumu halallıqla qazanmışam. Şükürlər olsun ki, ovladlarımı halal çörəklə böyütdüm. 3 oğlum, 2 qızım, 12 nəvəm, 1 nəticəm var. Özümü ailənin böyüyü kimi xoşbəxt hiss edirəm.
    Bu zəhmət adamı hökumətdən razılığını bildirdi. Dedi ki, o zaman əməyim Lenin yubiley medalları, sosializm yarışının qalıbi döş nişanı, fəxri fərmanla qiymətləndirilib. Bir necə çağırış kənd və rayon sovetinə deputat seçilmişəm.
    Söhbət zamanı bildirdi ki, səhhətində yaranmış narahatlıq və sol gözünün itməsi olmasaydı indi də öz peşəmdə çalışardım.
    O, insanın ömrünün uzunluğunu zəhmətdə görür. Deyir:
    – Zəhmət insanın üzünü həmişə ağardır, başını uca edir, ömrünə xoşbəxtlik gətirir. Hazırda övladlarımla birgə yaşayıram, onların qayğısı ilə əhatə olunmuşam. Təkcə iş üçün darıxıram. Hərdən həmişəki kimi çalışmaq keçir ürəyimdən…

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 10:05

    Teqlər:

İsmarıclar bağlıdır.