Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    Oxuduğum illərdən başladı “Yeni Tərtər”lə əlaqələrim. BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Ara-sıra redaksiyaya yazılar göndərirdim. Sonra elə oldu ki, “Yeni Tərtər” qəzeti redaksiyasında işə başladım. Iki ildən artıq bir müddətdə bu mehriban, işgüzar, qayğıkeş kollektivdə çalışdım. Indi iş yerimi dəyişib, başqa bir təşkilatda işləsəm də, “Yeni Tərtər”in hər nömrəsini oxuyuram. Qəzetin sonuncu nömrəsində oxudum ki, “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusif Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə yüksək dövlət mükafatı–“Tə-rəqqi” medalı ilə təltif olunub. Tofiq müəllimi və dəfələrlə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi fərdi jurnalist yazı mü-sabiqələrinin qalibi olmuş “Yeni Tərtər”in təcrübəli jurnalisti Svetlana Bağırovanı ürəkdən təbrik edirəm. Uğurlarının davamlı olmasını arzulayıram.
    2015-ci ilin avqust ayında Tərtər rayon qəzetinin “Yeni Tərtər” adı ilə yenidən nəşr olunmasının 10 yaşı tamam olur. Bu münasibətlə redaksiya kollektivini təbrik edir, qələmlərinin iti, sözlərinin kəsərli olmasını arzulayıram.

    Şəlalə ABDULLAYEVA

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.