Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    11248341_643075862494087_5833656990639893409_n“Yeni Tərtər” qəzetinin bir ailəni xatırladan 12 nəfərdən ibarət mehriban kollektivi var. Kollektivin üzvlərinin hər biri öz xasiyyəti, işə qarşı məsuliyyəti ilə fərqlənir. Bir nəfər isə redaksiyada bütün işlərə buyrulur. Özü də könlündə olsa buyrulduğu işlərin hamısını yarıdır. Bu insan fotomüxbir Kənan Hüseynzadədir.
    O, 1978-ci ildə noyabr ayının 24-də Tərtər şəhərində dünyaya göz açıb. Bütün övladlar kimi o da qayğı ilə böyüyüb. Atası Şəmşirin, anası Mələk müəllimənin arzusu oğlanlarını savadlı, dünyagörüşlü, vətənə layiqli bir övlad kimi görmək olubdur. Kənan da illər ötdükcə yaşadığı Tərtər rayonunda sayılıb-seçilən gənclərimizdən birinə çevrilibdir.
    1986-cı ildə Kənan oxuduğu 5 saylı tam orta məktəbini bitirərək işlərini ali məktəbə hazırladı və xoşbəxtlikdən qəbul olundu. Dörd il N.Tusi adına APİ-nin tarix fakültəsində təhsil aldı. Lakin diplom ala bilmədi. Bəzən adam onu qarşıda gözləyənlərdən, nələr olacağınadan xəbərsiz olur. Nə qədər çalışsa da, arzularını həyata keçirə bilmir…
    Çox şükür ki, çətin günlərin ömrü az olur. Artıq Kənan özünəməxsus nüfuza malik bir şəxsdir. Hazırda onun xət-rini istəyənlərin sayı çoxluq təşkil edir. “Yeni Tərtər”in kollektivində isə xüsusi yeri var Kənanın. Redaksiyada çalışan kompüterçi qızların işdə “müraciət yeri” hesab olunur. Demək olar ki, heç bir iş Kənansız ötüşmür. Hətta hamımız vərdiş etmişik ki, hər gün redaksiyanın qapılarını Kənan açıb bağlasın. Bu, bir adət halını alıb.
    Kənan Hüseynzadə təkcə kollektivin sevimlisi deyil. O, həm də öz zəhməti ilə rayonda nüfuz qazanıb. Onu hamı bacarıqlı fotomüxbir və videooperator kimi tanıyır. Bütün bunlara öz üzərində daim çalışması sayəsində nail olub. Ona görə Rayon İcra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlarla təltif olunub.
    “Yeni Tərtər”in 10 yaşı tamam olur. Bu münasibətlə Kənanı və bütün “Yeni Tərtər”çiləri təbrik edib uğurlar arzulayıram.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.