Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Okt

    6 Noyabr Hərbi Münaqişələr zamanı ətraf mühitin istismarının qarşısınıalma günüdür.
    Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə insanlarla yanaşı təbiət də təcavüzə məruz qalıb. Ermənilər müharibənin qadağan olunmuş növlərindən–o cümlədən, bioloji, kimyəvi müharibə aparmaqdan çəkinmirlər.
    İşğal altında olan torpaqlarda “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil olan heyvan, quş və bitki növlərinin vəhşicəsinə məhv edilməsi təbiətə qarşı yönəlmiş ağır cinayətdir.
    Azərbaycanlılar tərəfindən tikilmiş Sərsəng Su Anbarı işğal altında olan ərazidə yerləşdiyindən, uzun illərdir ki, Tərtərdə və bir neçə ətraf rayonda yay aylarında əkinlər və bağlar susuzluqdan əziyyət çəkir. Əgər bu zaman alternativ su mənbələrindən istifadə edilməsə, təbiət daha çox ziyan çəkərdi. Bunlar bəs deyilmiş kimi, sulara zərərli maddələr, hətta partladıcı qurğular atılır.
    İşğal etdikləri torpaqlarda ermənilər sahələri yandırdıqlarından canlı mühit məhv olur, buradakı zərərverici həşəratlar Tərtərin ərazilərinə keçərək, fermerlərə külli miqdarda ziyan vurur.
    Ekoloji problemlər hazırda bütün dünyanı narahat edir. Buna baxmayaraq, erməni vəhşilikləri hələ də davam etməkdədir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:01

    Teqlər:

İsmarıclar bağlıdır.