Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    İNSAN HÜQUQLARININ  TƏMİNATI ƏSAS MƏQSƏDDİR

    Bu yaxınlarda ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Ədliyyəsinin tarixi də məhz həmin dövrdən–Şərqdə ilk Demokratik Respublikanın yarandığı zamandan başlayır. Belə ki, AXC-nin qəbul etdiyi ilk Bəyannamədə ölkədə birinci olaraq milli ordunun, sonra isə digər dövlət orqanlarının yaradıldığı bildirildi. Bunların sırasında Ədliyyə Nazirliyinin xüsusi və əvəzsiz rolu vardır.
    Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, o illərdə toplanmış təcrübə, qazanılmış ənənələr yeni dövrdə daha yüksək səviyyədə inkişaf etdirildi. Bu, ilk növbədə ümummilli lider Heydər Əliyevin xalqımızın keçmişinə, onun tarixinə olan hörmət və ehtiramından irəli gəlir. Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində, həmçinin ədliyyə sistemindən mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur.
    Ulu öndərin layiqli davamçısı, onun xalqın xoşbəxt gələcəyinə yönəlmiş siyasətinin varisi olan Prezident İlham Əliyev müasir dövrdə bu islahatları daha da dərinləşdirərək, ölkədə ədliyyə sisteminin işinin beynəlxalq standartlara tam cavab verməsinə nail olmuşdur. Bunun nəticəsində nazirliyin cəmiyyətdə rolu artmış, ona hüquq-mühafizə orqanı statusu verilmişdir.
    Məlumdur ki, vətəndaşların ən çox müraciət etdikləri notariat kontorlarıdır. Bu sahədə işlərin təkmilləşdirilməsi üçün ölkəmizdə geniş tədbirlər həyata keçirilib. Hazırda notariusların işə qəbulunda şəffaf qaydalar tətbiq edilir, xüsusi notariat və elektron notariat sistemindən istifadə olunur. Təsadüfi deyil ki, xarici ölkələrdə bizim bu sahədəki təcrübəmizə böyük maraq göstərilir.
    Cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinə uyğun olaraq onların ədliyyə orqanlarına işə qəbuluna böyük diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün ədliyyə sistemində çalışan işçilərin demək olar ki, hər ikisindən birini gənclər təşkil edir.
    Ölkə başçısının dövlət məmurlarına başlıca tapşırığı, tövsiyəsi vətəndaşların müraciətlərinə qayğıkeş və həssas münasibətin göstərilməsidir. Həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini də məhz bu məsələlər təşkil edir: insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi.
    Ədliyyə orqanlarının yaranmasının 100 illiyini yüksək əhval-ruhiyyə ilə qeyd edən bu peşə sahibləri ölkəmizin ümumi sosial-iqtisadi inkişafında layiqincə iştirak edirlər. Biz çalışırıq ki, öz vəzifəmizə vicdanlı, məsuliyyətli münasibət göstərməklə, cənab Prezidentin qarşıya qoyduğu vəzifələri yerinə yetirək.

    Mərdan HƏSƏNZADƏ,
    Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu

    Müəllif: Redaktor, 12:37

    Teqlər:

İsmarıclar bağlıdır.