Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    AXC-nin VARİSİ

    Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman Şərqində ilk parlament respublikasının paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv.km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz res-publikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin əhalisi 2,8 milyondan çox idi. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin 1919-cu il Paris Sülh Konfransında təqdim etdiyi Şuranın sədri M.Ə. Rəsulzadə idi. Parlamentin sədri 1918-1920-ci illərdə Əlimərdan bəy Topçubaşov idi. Belə ki, Dövlət hakimiyyəti 3 qoldan ibarət idi. Azərbaycan Parlamenti, Hökumət, Məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdur. İcra Hakimiyyəti Hökumətə məxsus idi.
    Hökumət Parlament qarşısında cavabdeh idi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdır. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdir.
    Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan Rusiyanın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi.
    Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

    Çimnaz NURİYEVA,
    Sarıcalı kənd tam orta məktəbin direktoru

    Müəllif: Redaktor, 13:04

    Teqlər:

İsmarıclar bağlıdır.