Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

     

    1437548948_03Daim xalqın arzu və istəyinə uyğun islahatlar aparan Ulu Öndər Heydər Əliyev təbliğat və təşviqat vasitəsi olan müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirmiş, kütləvi informasiya vasitələrini xalqın tribunası kimi yüksək dəyərləndirmişdir. Buna görə də istər xarici ölkələrə səfərlərində, istərsə də ən mötəbər məclislərdə jurnalistlərlə birgə olmağı çox sevər, ölkədə baş verən hadisələrlə bağlı müsahibələrində və mətbuat konfranslarında obyektivliyi, rəvan nitqi ilə fərqlənərdi. Bu baxımdan jurnalistliyi özünə həyat yolu seçən mətbuat işçilərindən də həqiqəti olduğu kimi yazmağı, dərin təhlil və araşdırma aparmağı tələb edər, “Jurna- list əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” – deyərdi. Mətbuat və söz azadlığından sui-istifadə edənlərə, insanlara qarşı cürbəcür böhtan, yalan yazanlara, uydurmalar yayanlara qarşı barışmaz mövqeyi hər zaman qoruyub saxlamağı tələb edən Ulu Öndərin jurnalistikanı özü üçün həyat yolu seçənlərə tövsiyəsi belə olmuşdur: “Yazın, ancaq düzgün yazın, gördüklərinizi kiminsə mənafeyinə uyğun formalaşdırmayın. Bunlar insanın vicdanına, əməlinə, şəxsiyyətinə xələl gətirən hallardır”.

    “Jurnalistlərin dostu” titulunu qazanan Ümummilli Lider Heydər Əliyev bu adı əməli işi ilə doğruldurdu.
    Ölkədə demokratik cəmiyyət quruculuğunu söz, mətbuat azadlığı ilə əlaqələndirən Ulu Öndər dəfələrlə bildirirdi ki, peşəkar jurnalistlər hər zaman cəmiyyətin önündə getməli, başqalarının görüb, bəlkə də fərqinə varmadığı incəlikləri belə duymalı, ona sağlam təfəkkürlə yanaşmalıdırlar.
    Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə mətbuatda olan problemlərin aradan qaldırılmasına başlanıldı. Azərbaycanda azad söz, müstəqil KİV-lər üçün geniş imkanlar yarandı, azad mətbuatın inkişafına mane olan süni məhdudiyyətlərə son qoyuldu, mətbuatın inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası yara-dıldı, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möh-kəmləndirildi, bununla əlaqədar bir sıra fərmanlar və sərəncamlar imzalandı. Ümummilli Lider gündəlik mətbuatda dərc olunan yazılarla yaxından tanış olur, müəyyən tədbirlər görürdü. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktdır.
    Ulu Öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənir-di. 1998-ci il 6 avqust tarixli “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla mətbuatda dövlət sirlərini mühafizə edən idarə ləğv olundu. Beləliklə mətbuata dövlət nəzarəti olan senzura aradan qaldırıldı. 2002-ci ildə Heydər Əliyev jurnalistlərin peşə bayramında iştirak etdi. Tədbir ərəfəsində isə ölkənin aparıcı qəzetlərinə müsahibələr verdi, qəzetlərin nəşriyyatlara borclarının uzun müddətə dondurulması üçün Sərəncam imzaladı.
    Reallıqlar göstərir ki, Azərbaycanda mətbuat azadlığı sahəsində olduqca mühüm islahatlar həyata keçirilib. Ölkədə azad mətbuatın inkişaf isti-qamətləri və perspektivləri müəyyənləşdirilib. Indi çoxlu sayda müstəqil mətbuat orqanları fəaliyyət göstərir. Azərbaycanda yeni televiziya kanalları fəaliyyətə başlayıb, azad mətbuatın hüquqi, fundamental bazası formalaşıb. Görülən tədbirlərin, ölkədə azad sözün ifadəsi üçün yaradılan şəraitin nəticəsidir ki, müxalifyönlü siyasi partiya-ların mövqeyinə uyğun bir çox qəzet və jurnallar dərc olunur.
    Elektron KİV-lərə nəzarət edən və onların fəaliyyətini tənzimləyən qurum yaradılıb və fəaliyyət göstərir. Yazılı KİV-lərin fəaliyyəti isə ictimai nəzarətdədir. 2003-cü ildə keçirilən Azərbaycan jurnalistlərinin qurultayın-da bu nəzarəti həyata keçirəcək Mətbuat Şurası yaradıldı.
    Lakin çox təəssüf ki, bəzi yazarlar demokratiyanın tələblərinə uyğun yaradılan imkanlardan tamamilə başqa məqsədlər üçün istifadə edirlər. “Milli mənafe hər şeydən üstün olmalıdır. Birinci milli mənafedir… Öz şəxsi məqsədlərinə nail olmaq üçün milləti ləkələmək, millətə böhtan atmaq lazım deyildir”.
    Ulu Öndərdən bizə ərmağan qalan tövsiyələr hamıdan çox jurnalistlər üçün meyar olmalıdır. Təsadüfi deyil ki, söz və mətbuat azadlığı Azərbaycan Respublikası qanunlarında fundamental insan hüquqları sırasında təsbitlənib.
    Bu gün mətbuatın fəaliyyətinin daha da yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər müəyyənləşdirilir. Azərbaycanda qəzet nəşri ilə məşğul olmaq istəyənlərin qarşısında heç bir əngəl yoxdur. Naşir olmaq istəyənlər üçün nəzərdə tutulan bütün prosedurlar son dərəcə sadələşdirilmiş və asanlaşdırılmışdır.
    Mətbuat cəmiyyətin güzgüsüdür. Jurnalistlər yazdıqları sözün mahiyyəti kimi məsuliyyətini də dərk etməlidirlər. Mətbuatda peşəkarlar, sözünə, qələminə dəyər verənlər çalışmalıdırlar.
    Bu gün Azərbaycan böyük uğurları ilə beynəlxalq aləmin diqqət mərkəzindədir. Iqtisadi imkanlar genişləndikcə, bu, ilk növbədə, ideoloji təbliğat vasitəsi olan mətbuatın inkişafına da təsirini göstərəcək, mövcud problemlər həllini tapacaq.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 13:18

    Teqlər:

İsmarıclar bağlıdır.