Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 21Noy

    26 ildir ki, Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyası respublikamızın hakim partiyası statusunu ləyaqətlə daşıyır. Amalını və məqsədini xalqa xitmətdə görən, daim dövlətimizin maraqlarının müdafiəsində dayanan bu partiyanın yaranması tarixi zərurət idi. Belə kı, 1990-cı illərin əvvəllərində bir sıra siyasi partiyalar yaransa da, bunların heç biri ölkəni düşdüyü ağır böhran vəziyyətdən çıxarmaq iqtidarında deyidi. Belə vəziyyət Azərbaycanın görkəmli ziyalılarını çox narahat edirdi. Məhz ona görə də ölkənin taleyini düşünən insanlar yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqımızın böyük oğlu Heydər Əliyevin ətrafında birləşdilər.
    Beləliklə də xalq tərəfindən Heydər Əliyevin partiyası kimi qəbul edilən Yeni Azərbaycan Partiyasi yarandı.
    Getdikcə YAP-ın sıralarına daxil olanların sayı artmağa başladı və o, ümum-xalq partiyasına çevrildi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi,” Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv etməmişlər. Tarix, keçən illər bunu təsdiq etdi. Yeni Azərbaycan Partiyasının sədrinin, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici siyasət ilbəil uğurlar gətirir. Azərbaycan yüksəlir, inkişaf edir”.
    YAP-ın fəaliyyətinin daha da güclənməsində cənab İlham Əliyevin də müstəsna xidmətləri var. 1995-ci ildə o, partiyanın namizədi kimi parlament seçkilərində qələbə qazanmışdır. 1999-cu ildə keçirilən YAP-ın I qurultayında isə cənab İlham Əliyev partiya sədrinin müavini seçilmişdi. Həmin qurultaydakı tarixi çıxışında İlham Əliyev demişdir:,, Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ət-rafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
    Hazırda YAP-ın sıralarında cəmiyyətin bütün zümrələri layiqincə təmsil olunublar. Bu, YAP Tərtər Rayon Təşkilatının timsalında da aydın görünür. Belə ki, təşkilatımız yarandığı vaxt onun 23 ərazi ilk partiya təşkilatı vardısa və üzvlərinin sayı cəmi 375 nəfər idisə, indi 83 ərazi ilk təşkilat özündə 6329 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 3400 nəfəri və ya 54 faizi qadın, 46 faizi kişidir. Onlardan 3-ü elmlər namizədidir. Hazırda partiya üzv-lərindən 1436 nəfərini gənclər təşkil edir. 2018-ci ilin 9 ayı ərzində 223 nəfər YAP sıralarına qəbul olunmuşdur. YAP üzvlərindən təhsil işçilərinin sayı 1288, səhiyyə işçilərinin sayı 571, elm, mədəniyyət və incəsənət sahəsində işləyənlə-rin sayı 256 nəfər, idarəetmə 174 nəfər, digər sahələr (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə xidməti və s.) 2191 nəfər, təqaüdçü 1020, tələbə 24 nəfər təşkil edir.
    Qeyd etmək istəyirəm ki, YAP Tərtər Rayon Təşkilatı rayonun ictimai-siyasi həyatında fəal rol oynayır. Xüsusən də gənclərin milli-mənəvi dəyərlərimizə, dövlətə və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə edilməsi daim diq-qət mərkəzində saxlanılır.
    Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət cəbhə bölgəsi olan Tərtər rayonunda da öz əksini tapır. Rayon inkişaf edir, abadlaşır, gözəlləşir. Vətəndaşlar bundan qürur duyur və ölkə başcısının, YAP-ın sədri İlham Əliyevin siyasətini dəstəkləyirlər.

    Zakir BAĞIROV,
    YAP Tərtər Rayon Təşkilatı Aparatında məsləhətçi

    Müəllif: Redaktor, 12:37

    Teqlər:

İsmarıclar bağlıdır.