Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    TƏHLÜKƏLİ ZİYARƏT

    YURD HƏSRƏTİ

    Erməni quldurları izimizə düşmüşdülər. Onları azdırmaq üçün gah qayaların arxasında, gah kol-kosun içində, gah da meşədə gizlənir, əksərən alatoranlıqda və qaranlıqda dağ cığırları, çay yataqları, dərələrlə irəliləyir, heç nə hiss etdirməməyə çalışırdıq. Ələ keçsək, başımıza hansı müsibətlərin gələcəyini, hansı əzablara düçar olacağımızı bilirdik. Çünki bu murdar xislətli millətin vəhşiliyinə zaman-zaman bələd olmuşuq. Türk xalqının ermənidən böyük düşməni yoxdur. Bu kin, bu küdurət onlarda hardandır, necə yaranıb?! Dünyaya elə bil türkün qanını içmək üçün gəliblər. Nə zəlilər belə ola bilər, nə vəhşi heyvanlar, nə də vampirlər.
    …Kol-kosa ilişdiyimizdən əynimizdəki paltarlar cırıq-cırıq olmuşdu. Ayaqqabılarımızı daş parçaları tikə-tikə etmişdi. Yalın ayaqlarımız qançır olmuşdu, yaralardan qan axırdı. Nəfəsimiz kəsilmişdi, yeriməyə taqətimiz qalmamışdı. Bir yandan da aclıq bizə əzab verirdi.
    Amma neyləyə bilərdik?!. Bu yırtıcı, qəddar ermənilərin əllərinə keçsəydik, cəhənnəm əzabını yaşadardılar bizə, qol-bud edərdilər, diri-diri gözlərimizi çıxarardılar, əzalarımızı doğrayardılar, sümüklərimizi quru budaq kimi şaqqıltıyla sındırardılar. Belə ağır işgəncələri isə kim yaşamaq istərdi ki?! Bu zülümlərin yanında ölüm bir kişi işidir!
    Mən və əmim Yahya doğma yerlərin həsrətinə dözməyib, ölümü gözümüzün qarşısına alaraq, hər cığırına, hər daşına bələd olduğumuz Dərələyəz mahalının Söylən (Əzizbəyov, sonralar Vayk) rayonunun Arınc, Çaykənd, Terp, Köçbək, Leyliqaçan kəndlərinin indiki halını görməyə yollanmışdıq. (Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Kəlbəcərə əzizlərinin qəbirlərini ziyarətə getdikləri kimi. Erməni cəlladları onları əsir götürmüş, Həsən Həsənovu öldürmüş, Dilqəm Əsgərovla Şahbaz Quliyevə illərdir ki, həbsxanada zülüm verirlər. Deməyəsən ermənilərin nəzərində dədə-baba yurdu ziyarət etmək cinayət imiş). Bizim gedişimizdən heç kimin xəbəri yox idi. Fikrimiz o idi ki, yerlərdə bizsiz darıxan, yolumuzu göynəyə-göynəyə gözləyən ev-eşiyimizə, yurd-yuvamıza, qəbiristanlıqlarımıza baş çəkək. Bilirdik ki, bu, çox qorxuludur–əsir də düşə bilərik, öldürülə də bilərik. Lakin yurd həsrəti, torpaq intizarı bu qorxuları üstələmişdi. “Allaha pənah!”–deyib, yola çıxmışdıq.
    Düşmənimizin həddindən çox xain, məkirli, iliyinə qədər qəddar və kinli olduğundan, azərbaycanlıların başına gətirdikləri müsibətlərdən və fəlakətlərdən xəbərimiz vardı. Bilirdik ki, zaman-zaman Azərbaycanın torpaqlarını yüz fitnə-fəsadla, soyqırımlarla, qırğın və talanlarla ələ keçirən, sonra süni yolla erməniləşdirən və nəhayətdə bizim dədə-baba torpaqlarımız hesabına özlərinə “Hayastan” adlı bir qondarma məmləkət yaradan bu millət hansı “yuvanın quşudur”.

    TARİXİ GERÇƏKLİKLƏR
    Tarixdə ilk erməni dövləti 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində yaradılmışdır. 1923-cü il iyulun 7-də isə vaxtilə İrandan və Osmanlı imperiyası ərazisindən Qarabağ xanlığının ərazisinə köçürülən ermənilərə süni surətdə muxtariyyət hüququ verilməklə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə Naxçıvan torpağı Azərbaycandan, Türkiyə isə türk dünyasından ayrı salınmışdı. İki yüz ildə onların Azərbaycanda dəfələrlə tökdükləri müsəlman qanından Araz boyda bir çay yaranardı. Qərbi Azərbaycanda, həmçinin Dərələyəzdə, Vedibasarda, Zəngəzurda, Bakıda, Qubada, Şamaxıda, Göyçayda kəsdikləri müsəlman başlarından ikinci Göyəzən dağı əmələ gələrdi. İlahi, sən nə fikirləşib, erməniləri də insan cildində yaratmısan?! Onlar nəinki müsəlman əhalinin, həm də azərbaycanlılar yaşayan ulu və qədim-qayim məkanların adlarının soyqırımını törətmişlər.
    Haykakan Sovetakan Sosialistakan Hanrapetutyan Ali Sovetinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə nə qədər azərbaycanlı kəndin adı tarixdən silinmiş, erməniləşdirilmişdir!
    Əsrin birinci yarısında Hayastanın indiki ərazi bölgüsünə vaxtilə ədalətsiz despot prinsipi ilə salınan Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi heç də elə beləcə quru ad naminə deyildi. 1947-51-ci illərdə azərbaycanlıların öz doğma yurd-yuvalarından zorakı deportasiyasının səbəbini pərdələyən vasitə idi.
    İrəvanda əsrin əvvəllərində, Sov. İKP MK-nın Baş katibi M.S.Qorbaçovun xatırlatdığı kimi, 43 % azərbaycanlı vardısa, in-di bir nəfər də qalmayıb.
    1950-ci ildə müxtəlif tarixli fərmanlarla daha 13 rayonda 22 azərbaycanlı kəndinin adı erməniləşdirildi.
    Sonralar isə, yəni 1957-ci ildə müxtəlif tarixi fərmanlarla 5; 25 may 1967-ci il tarixli fərmanla 10; 21 oktyabr 1967-ci il tarixli fərmanla 6 kəndin adı dəyişdirildi.
    1968-70-ci illərdə əlavə olaraq daha 20 kəndin adı erməniləşdirildi.
    1988-1989-cu illərdə Ermənistanın 22 rayonundan (170 sırf azərbaycanlı və 94 ermənilərlə qarışıq yaşayış məntəqələrindən) 250 minə yaxın azərbaycanlı deportasiya edildi.
    Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılıb.
    Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın 9 aprel 1991-ci il tarixli fərmanı ilə son 91 azərbaycanlı kəndinin də adı dəyişdirildi. Bununla da azərbaycanca olan məkan adlarının soyqırımı bütünlüklə başa çatdı.
    Bunlar nəticədə Dağlıq Qarabağ münaqişəsinə gətirib çıxardı.
    1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 4866 nəfər itkin və əsir düşmüş, girov götürülmüşdür. Təxminən 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv. km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olmuşdur.
    Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuşdur. İş-ğal olunmuş ərazilərdə qalan 152 ibadət ye-ri, məbəd, o cümlədən 62 məscid erməni təcavüzünün qurbanına çevrilmişdir.

    DƏDƏ-BABA MƏSKƏNLƏRLƏ GÖRÜŞ
    Biz əvvəlcə Arınc kəndinin xarabalıqları arası ilə gizlənə-gizlənə Arınc çayına tərəf endik. Bu kənd vaxtıilə abad və səfalı azərbaycanlı kəndlərindən biri olub. Gözəl təbiəti, şəfalı bulaqları və saf havası vardı bu kəndin. Arınc kəndi mənim dədə-baba yurdum idi. Ermənilər burada da dəfələrlə kütləvi qırğınlar və talanlar törətmiş, yerli dinc azərbaycanlılara divan tutmuşlar.
    1918-ci ilin yazında Arıncda kənd əhalisinin bir hissəsi əvvəlcədən meşələrə çəkilmiş, kənddə qalanlar isə son nəfərinədək ermənilər tərəfindən qətlə yetirilmişlər. Kənddən çıxan əhali tərəkəmə obalarına, Cul və Çaykənd kəndlərinə qaçmışlar. Buradakı qırğın sonradan zərb-məsəllərdə və bayatılarda öz əksini tapmışdır: “Elə bil Arınc qırğını düşüb”, “Arınc batan kimi batıb”.
    Əzizim Arınc dağı,
    Şam dağı, ardıc dağı.
    Min il, milyon il keçsə,
    Köhnəlməz Arınc dağı.
    Ermənilər Qərbi Azərbaycanın müsəlmanlar yaşayan bütün məntəqələrində oxşar qırğınlar və talanlar törətmişlər. Arıncdan yuxarıda Bulaqlar və Kotanlı kəndləri yerləşirdi. Bir az aşağıda isə Arpa çayının qıjıltıyla axan suları dərəyə səs salırdı. Bu çayın boyunca Qayalı, Paşalı, Çaykənd, Məmərza, İstisu yaşayış məntəqələri yerləşirdi ki, onlarda da azərbaycanlı əhali yaşayırdı. Terp çayı, Cul çayı, Arınc çayı, ümumiyyətlə, onlarla dağ çayı axıb Arpa çayına qovuşurdu. Arpa çayı isə dəlisov köhlən kimi dərələrdən-təpələrdən keçib, Arazdəyəndə Araz çayına qovuşurdu. Zeytə, Axta, Gomur, Gabud kəndləri və digər azərbaycanlı yaşayış məntəqələri bu çayın ətrafına səpələnmişdilər. Son zamanlar iki inzibati rayondan ibarət olan Dərələyəzin digər bir rayonu Keşişkənd (Yeğeqnadzor) idi. Orada da mənbəyi dağlardan başlanan çaylar vardı və bu çayların ətrafındakı dağ ətəklərində Ələyəz, Qovuşuq, Qabaxlı, Gülüdüz, Ayı səsi, Qalaser, Sallı, Ağkənd və s. kimi azərbaycanlı kəndləri yerləşirdi. İnsanları halal, havası, suyu, çörəyi müqəddəs idi o yerlərin. Bura Qərbi Azərbaycanın dilbər mahallarından biri idi.
    …Biz əvvəlcə Arınc çayı boyunca irəlilədik. Bu çay Bulaqlar kəndindəki bulaqların cəmindən yaranmışdı. Ata-babalarımızdan eşitmişdik ki, bulağın gözündə balıq yaşaya bilmir, lakin həmin bulaqda “Qızılala” (farel) balıqlar görmüşdülər və Arınc çayı da bu qırmızı xallı, gəlin kimi bəzəkli, gözəl, nadir balıqların məskəni idi.
    Qorxa-qorxa çaydan adladıq və cır ərik meşəsinin içi ilə Bulaqlara, Her-herə, oradan da Kotanlı kəndinə tərəf üz tutduq. Heç bir kənddə müsəlmançılıqdan əsər-əlamət qalmamış, qəbiristanlıqların hamı-sını darmadağın etmiş, itirib-batırmışdılar. (Namərdlər müsəlman qəbirlərini də soyqırıma uğratmışlar). Bu ərazilərin hamısında, salamat qalan hər bir azərbaycanlı evində ermənilər məskunlaşmışdı. Ürəyimiz qan ağlayırdı.
    Axşamtərəfi dərələrlə, təpələrlə sinə-sinə unudulmuş və kimsəsiz “Ağluğun döngələri” ilə Çaykəndə endik. Bu kənd üç çayın–Terp, Cul və Arpa çaylarının qovuşuğunda yerləşirdi. Ona görə də adını Çaykənd qoymuşdular. Buranı da xara-bazara döndərmişdilər. Sonra Terp çayının qırağı ilə ehtiyatla irəliləyib, “Sarı yarğan”a çatdıq. Çayın yaratdığı şırranın səsi həzin layla kimi gəldi qulaqlarımıza. Nə qədər də doğma və şirin bir səs idi!!! Bu yol Terpə, Leyliqaçana və Köçbəyə sarı gedirdi.
    Erməni quldurların nəfəsini hər an kürəyimizdə hiss edirdik, sanki qarabaqara izləyirdilər bizi. Köynəklərimizi cırıb, ayaq-larımıza bağlamışdıq. Cır meyvələrlə–haluş, giviş, alma, armud, zirinc, ərik, həmərsin, mərmərik görəndə sevinir, onlarla bir təhər keçinirdik. Düzdür, mənim əlimdə qoşalülə, əmimdə isə təklülə ov tüfəngləri vardı. Lakin ov edə bilməzdik, quldurlar o dəqiqə bizi yaxalayardılar.

    SALAM, DOĞMA KƏNDİMİZ!
    Uzaqdan it səsi gəlirdi. Sanki Ağamirzə kişinin itinin səsiydi. Elə bil hənirimizi duymuşdu. Neçə il qabaq “Türk küçüyüdür” deyə, ermənilər onun dilini kəsmişdilər. Ağzından su axırdı.
    Biz sonralar yaşadığımız öz doğma kəndimiz bildiyimiz–Terpə yaxınlaşırdıq. Ermənilər buranın adını Saravan eləmişdilər. (Ermənicə “Sar”–dağ, “avan”–qəsəbə deməkdir, yəni “Dağ qəsəbəsi”). “Keçi qayası”nın aşağısından keçib, “Top güney”lə “Gümüşxana dərəsi”nə çatdıq. (Vaxtı ilə burada Gümüşxana kəndi vardı).
    Ürəyim quş ürəyinə dönmüşdü. Məni kövrək hisslər bürümüşdü. (Tanrım, bu necə duyğu idi?! Elə bil indicə bütün kənd camaatı axışıb görüşümə gələcəkdi!…). Qəbiristanlığa çatdıq. Burda qəbir nə gəzirdi?! Bizim kəndin içindən keçən “İrəvan–Gorus” magistral asfalt yol əvvəllər bu qəbiristanlığın yerləşdiyi yamacın aşağısından keçirdi. Sonralar yolu qəsdən yamacın yuxarı hissəsindən salmış və azərbaycanlıların qəbirlərini torpağın altına batırmışlar, o cümlədən mənim atamın, qardaşımın, əmimin və digər əzizlərimin qəbirlərini.
    Kənddə təkəmseyrək işıq yanırdı. 30 il idi ki, didərgin düşdüyümüz kənd ermənilərin tapdağına çevrilmişdi.

    ERMƏNİ VƏHŞİLİYİ

    Evimizi yaxından görmək istəyinə əmim mane ola bilmədi. Qaranlıq idi. Göz-gözü görmürdü. Lap evimizə yaxınlaşdım. Pən-cərələrdən işıq düşürdü. Nəfəsimi də çəkməyə qorxurdum ki, kimsə eşidər. İçəridən ermənicə danışıq səsləri gəlirdi. Deyəsən, arvadlı-kişili hamı sərxoş idi. Qonşumuz Mehbalı kişinin evindən də səs gəlirdi. Yadıma onun ömür-gün yoldaşı Dursun xala, uşaqları İsrəfil, Manvel və Gülalı düşdü. Birevli kimi idik.
    Qəfildən üzümə işıq salındı. Bir yekəpər erməni idi:
    –Ara, inçes anum?
    Yerimdə dondum. Özümü itirdim. İstədim qaçam, bacarmadım. Erməni iri, kobud əlləriylə qollarımdan yapışdı. Çiynimdəki tüfəngi gördü. (Deyəsən, əmimi də öz evlərinin yanında yaxalamışdılar). Erməni üzümə daha yaxından işıq saldı və qışqırmağa başladı:
    –Ara, turk, turk, turk!!!
    Səsə-küyə adamlar çölə axışdı. Qollarımı arxamda burub, başıma-gözümə döyə-döyə məni sürüyüb kəndin ortasına apardılar. Artıq ay buludların arxasından çıxmışdı, ətrafa aydınlıq səpələnmişdi. Gözlərim dağın zirvəsində uçuq divarlarının qaraltısı görünən “Terpin ocağı”na sataşdı. Dərindən bir ah çəkdim. Bir anda gözlərimin önündən Malıbəylidə, Xocalıda, Şuşada… əsir düşən, girov götürülən, vəhşiliklə öldürülən həmkəndlilərim keçdi.
    Onların çoxu məcburi köçkünlük vaxtı Dağlıq Qarabağa pənah gətirmişdilər.
    Həmkəndlilərim Əli Orucovun, Vaqif Bəhmənovun, Bəylər Səmədovun, Samran Kərimovun, Rəhim Talıbovun, Əli Nə-cəfovun və onlarla digərlərinin özlərinin və ailə üzvlərinin Xocalıda ermənilər tərəfindən başlarına gətirilən işgəncələri, dəhşətləri nə yer götürər, nə də göy. Elə birbaşa güləlləyib öldürsələr, nə vardı ki?! Ermənilərin binamus, biqeyrət, şərəfsiz, qəddar, rəhimsiz, iyrənc, qanlı əməlləri tarixin yaddaşına üzqaralığı kimi yazılan və heç vaxt silinməyən sızıltılardır. Bunları eşidəndə adamın ayağının altından yer qaçır.
    Heç bir qələm bu dəhşətləri olduğu kimi yazmaq iqtidarında ola bilməz!
    Qonşu Köçbək kəndindən olan və tanıdığım ailələrin də başına oxşar rəzalətlər və zülüm-zillət gətirmişlər. Bu qədər al-çaqlıq və şərəfsizlik olarmı ki, ermənilər etmişlər və edirlər?!
    …Məni vəhşicəsinə elə döyürdülər ki!… Çox pis söyüşlər söyürdülər. Deyəsən, qollarımın və ayaqlarımın sümüklərini sındırmışdılar, başım-gözüm qan içində idi. Sonra o yadımdadır ki, məni erməni əsgərlərinə təhvil verdilər. Avtomatın qundağı ilə başımdan vurulan güclü zərbə məni çul kimi yerə sərdi, huşumu itirdim…
    …Yuxudan ayılanda qan-tərin içində idim. Deməyəsən, bunlar həqiqətlərin bir röyası imiş.

    Tofiq YUSİF,
    (Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün)

    Müəllif: Redaktor, 11:32

    Teqlər:

İsmarıclar bağlıdır.