Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Demokratik cəmiyyəti səciyyələndirən başlıca cəhətlərdən biri ölkədə söz və mətbuat azadlığının olmasıdır. Bu baxımdan Azərbaycan dünyanın ən sivil dövlətlərı ilə bir sıradadır. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə hələ 1998-ci ildə ölkəmizdə mətbuat üzərindən senzura götürüldü. Hər bir mətbu orqana, o cümlədən indi sayı-hesabı olmayan elektron media təmsilcilərinə öz fikirlərini açıq şəkildə ifadə etmək imkanı yaradıldı.
    Bununla bərabər jurnalistlər cəmiyyətdə qayğı və hörmətlə əhatə olundular. Ümummilli liderimiz qələm sahiblərinin işini yüksək qiymətləndirir, onlara daim diqqət və qayğı göstərirdi.
    Həmin siyasət indi Prezident İlham Əliyev tərəfindən davam etdirilir Dövlət ehtiyacı olan media təmsilçilərini pulsuz evlərlə təmin edir, hər kəs sərbəst şəkildə istədiyi qəzet və jurnalı çap elətdirir, istədiyi saytı yaradır.
    Onu da qeyd etmək istəyirəm ki, müharibə şəraitində yaşayan bir dövlətin qələm sahiblərinin üzərinə daha bir məsul vəzifə də düşür ki, bu da informasiya müharibəsində dövlətimizin maraqlarının qorunmasıdır. Cəbhə bölgəsində nəşr olunan bir qəzetin əməkdaşı kimi deyə bilərəm ki, son illərdə, xüsusilə Aprel hadisələrindən sonra bu məsələ daim diqqət mərkəzində saxlanılır və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasında, bu məsələdə Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərimiz çox iş görürlər. Təsadüfi deyil ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib: “2016-cı ilin aprelində Qarabağ münaqişəsi kəskinləşən dövrdə Ermənistan və Qarabağ separatçıları eynilə 2008-ci ildə Gurcüstanda separatçılar etdiyi kimi hərəkət edirdilər. Erməni lobbisi Qərb ölkələrinin isteblişmenti ilə fəal iş aparır, Ermənistanın xeyrinə təhrif olunmuş informasiya yayır və dövlət səviyyəsində bu cür fikir formalaşdırırdı”.
    Rusiya Dövlət Dumasının deputatı qeyd edib ki, Azərbaycan da Qərb KİV ilə ciddi iş aparırdı. Bunun nəticəsində aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinin çoxunun redaksiya məqalələrində tədricən hadisələrə adekvat baxış üstünlük təşkil etməyə başladı.
    Həmin hadisələr zamanı bizim yerli rayon qəzeti də cəbhə xəttində ən son məlumatları həm qəzet, həm elektron saytımız vasitəsilə geniş auditoriyaya çatdırırdı. Bu hadisələri, belə jurnalistlərin fəaliyyətini indi düşmənin dəyirmanına “su tökən” bəzi qələm sahibləri ilə müqayisə edəndə, adam deməyə söz tapmır. Nədir bu qarayaxma kampaniyasına qoşulun reket jurnalistlərin məqsədi? Azərbaycandakı stabilliyi pozmaqmı? Bunu heç kim bacarmayacaq. Çünki ölkəmizin inkişafı göz qabağındadır. Xalq öz Prezidentini, cənab İlham Əliyevi sevir və dəstəkləyir. Xalq-iqtidar birliyi sarsılmazdır. Ona görə də hər bir həmkarıma məsləhətim budur ki, Azərbaycanın gələcək inkişafına, işıqlı sabahına xidmət etsin. Böhtan və qarayaxma qələm sahibinə yaraşan əməl deyil.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:52

    Teqlər:

İsmarıclar bağlıdır.