Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    KinyazŞəhidlik zirvəsinə ucalan igid, qorxmaz oğullarımızdan biri də Qurbanov Knyaz Cümşüd oğludur. Knyaz 1956-cı ilin fevral ayında Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 1973-ci ildə Seydimli kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidməti borcunu SSRİ məkanında verib. Xidmətini başa vurduqdan sonra doğma rayonuna qayıdıb, 96 nömrəli texniki peşə məktəbində traktorçuluq peşəsinə yiyələnib. Bu pəhləvan cüssəli oğlan bir müddət rayonumuzdakı 47 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstənin tərkibində müxtəlif növ texnikanı məharətlə işlətdiyinə görə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərmanlar, pul mükafatları alıb.Ailəli idi, 3 oğlu, bir qızı vardı. Ömrünün 36-cı baharını yaşayırdı.1988-cı ildən erməni quldurlarının törətdikləri haqsız münaqişələr, bir neçə rayonumuzun işğal olunması, insanların öz doğma yurd-yuvalarından didərgin salınmaları Knyazı çox narahat edirdi. Elə buna görə də milli ordumuzun sıralarına könüllü yazıldı. Bir sıra döyüşlərdə mərdliklə vuruşdu. 1992-ci ilin aprel ayının 10-da erməni faşistlərinin Marquşevan kəndindən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Knyazla birlikdə torpaqlarımızın bütövlüyü uğrunda döyüşən igid oğlanlarımızdan şəhidlik zirvəsinə ucalanlar çoxdur. Azərbaycan Bayrağı ordenli Nizami Heydərov söhbət düşəndə Knyazın da cəsur, qorxmaz döyüşçü olmasını xatırlayır. Deyir ki, şəhid ruhları onda rahatlıq tapar ki, düşmən tapdağında olan torpaqlarımız erməni əsarətindən azad olsun.

    Müəllif: Redaktor, 13:38

    Teqlər:

İsmarıclar bağlıdır.