Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəf­indən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün də qətiyyətlə həyata keçirilir. Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir.
    Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsi, savadlanması, elmi inkişaflarının artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan dövlətinin gənclər siyasətində gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi məsələlərinin önə çəkilməsi gəncləri müəllim işləməyə həvəsləndirir. Hazırda respublikanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu həyata keçirilir.
    Məktəb təhsilinin keyfiyyətinin artırılmasında savadlı müəllimin olması əsas meyardır. Çünki savadlı müəllim sağlam təhsil mühiti yaratmaq bacarığında olur. Əlbəttə, dövlətin müəllimlərə göstərdiyi böyük qayğı gənclərin bu sahəyə həvəsini qat-qat artırıb. Bu gün məktəblərimizdə çox sayda gənc müəllim çalışır. Demək olar ki, təhsil müəssisələrimiz gündən-günə cavanlaşır. Gənc müəllimlərə həvəsləndirici imtiyazların verilməsi onlara stimul yaradır. Odur ki, gənc müəllim yeni ideya ilə işə başlayır, şagirdlərə fərdi yanaşır. Bu da onun tədris etdiyi fənnin şagirdlər tərəfindən sevilməsinə səbəb olur.
    Bu il rayonumuzun ümumtəhsil məktəblərində gənc müəllimlərin yerləşdirilməsi işi diqqət mərkəzində olmuşdur. 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərində 41 nəfər gənc işə qəbul olunmuşdur. Bunlardan 23 nəfərini yeni qəbul olunan, 13 nəfərini yerdəyişmə nəticələrinə əsasən , 5 nəfərini isə əvvəl müddətli müqavilə ilə, indi isə müddətsiz əmək müqaviləsi ilə işləyəcək müəllimlər təşkil edir. Həmin gənc müəllimlər əsasən kənd məktəblərində fəaliyyət göstərərək riyaziyyat, kimya, fizika, biologiya, Azərbaycan və ingilis dilləri, fiziki tərbiyə, təsviri incəsənət, informatika, texnologiya fənlərini tədris edirlər.
    Yeni işə qəbul olunmuş müəllimlərdən Şəhanə Əlizadə Cəmilli kənd tam orta məktəbində (kimya), Zümrüd Zahidzadə Evoğlu kənd tam orta məktəbində (kimya), Aminə Hüseynova Borsunlu kənd tam orta məktəbində (ingilis dili), Məhluqə Məmmədova Hüsənli kənd tam orta məktəbində (fizika), Yeganə Kəlbiyeva Zolgörən kənd ümumi orta məktəbində (informatika) və başqaları işlədikləri təhsil ocaqlarında kollektivin qayğısı ilə əhatə olunublar. Şə-fai Hüseynov, Faiq Məmmədov, Xəyalə Mehtiyeva şəhər 1 saylı tam orta məktəbdə və 2 saylı məktəb-liseydə fiziki tərbiyə fənnini tədris edirlər.
    Rayonumuzun rəhbərliyi tərəfindən gənc müəllimlərə daim diqqət və qayğı göstərilir, onların həyat şəraitlərinin yax-şılaşdırılması üçün lazımi tədbirlər görülür, müraciətlərinin həllinə xüsusi önəm verilir. Bu isə yerlərdə gənc müəllimlərə göstərilən dövlət qayğısının əyani təzahürüdür.

    Elfuzə CAMALQIZI

    Müəllif: Redaktor, 12:07

    Teqlər:

İsmarıclar bağlıdır.