Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    ­­­­­­muelimAğdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 22 il ötdü.
    1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində qanlı əməliyyatları artırmağa imkan yaratdı. Ağdam özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə döyüşlərə girdi. Ancaq heç bir yerdən kömək almayan batalyonun döyüşçüləri geri çəkilməyə məcbur oldular. 43 gun düşmənə sinə gərmiş Ağdam iyulun 23-də işğalçı erməni birləşmələrinin əlinə keçdi. Qaniçən düşmən ra-yonun mədəniyyət abidələrini dağıtdı, insanların yaşayış evlərini, əmlaklarını qarət etdi, şəhəri tərk edə bilməyən dinc əhaliyə divan tutdu. 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. Bu insanlardan biri də Hacıyev Tofiq Nəriman oğludur.
    Tofiq Hacıyev Ağdam rayonunun Əlağalı kəndinin sakinidir. O, uşaqlığını doğma kəndində keçirmişdir. Ta gənc-liyindən el-obasına bağlı insan idi. Ağdamın işğalı ilə bağlı söhbət edərək yaralı xatirələrini tərpətdim. “1988-ci ilin fevralından Ağdam təhlükədə idi”, – dedi Tofiq Hacıyev.
    Qəhərini gizlədə bilməyən yurd həsrətli bu insan bildirdi ki, 1990-cı ildə bütün silahları yığmışdılar. Bir-iki adamda gizlin olaraq ov tufəngləri qalmışdı. Özünümüdafiə dəs-tələri o silahlarla postlarda dayanırdılar. Xocalı, Sırxavənd alınandan sonra bizim Əlağalı kəndinin sakinləri çətin vəziyyətdə qalmışdılar. Xaçın çayından Qarxun arxına gələn suyu mənfurlar kəsmişdilər. Və həmin yeri minalamışdılar. Kəndin müdafiəçiləri suyu açmaq istəyərkən minaya düşmüşdülər. Həmin vaxt bir nəfər öldü, on nəfər yaralandı. Kənd sakinləri olan bacı-qardaş qoyun otaran zaman atılan “ grad” mərmisi qızın qucağına düşmüşdü. Kənddən çıxanadək İsmayılbəyli deyilən yerdə Sırxavəndli ata-oğulu ot yığılmış maşında yandırmışdılar. Şahidi olduğum dəhşətlər var ki, onları heç cür unuda bilmirəm. Kənd alınan vaxt özünümüdafiə batalyonunun üzvləri Hümbət Həsənov, İdris Hümbətov, dayım oğlu Nurələm Şükürov öldürüldü. Qonşum Əlcəzair Vəliməmmədov girov götürüldü. Bütün bunlar ermənilər tərəfindən bizə qarşı törədilən qəddar cinayətlərdir. Bu qəddarlıqlar ürəyimizdə, yaddaşımızda silinməz bir yaraya çevrilərək qalıb.
    Doğma yurd həsrətindən dil-dodağı əsən Tofiq müəllim özü dediyi kimi bir neçə xəstəliyin daşıyıcısı olub. Söyləyir ki, öz el-obamızda yaşasaydım inanıram bu cür xəstəliklərim olmazdı. O günü böyük həsrətlə gözləyiəm ki, torpaqlarımız mənfurların tapdağından azad olunacaq. Və biz ömrümüzün qalan hissəsini doğma yurd yerlərində yaşayacağıq. Əlağalı kəndindəki həyətimizi, evimizi yuxularımda görəndə o günü özümə gələ bilmirəm. Doğma yerlərə üz tutmaq istəyirəm. Yağı düşmənin yolumuzu kəsdiyini düşünəndə qəzəbimi cilovlaya bilmirəm. Bu zaman ağrılarım çoxalır, dərdlərim artır. Kaş ki , bu dərdlərimə əlac tapa biləydim… Doğma yerlərə qovuşaydım…
    Ərazisinin üçdə ikisi itirilsə də Ağdam rayon kimi yaşayır, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirirlər. Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların arzusu doğma yurda qayıtmaqdır. İnanıram ki, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız yaxın zamanlarda işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 13:41

    Teqlər:

İsmarıclar bağlıdır.