Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Dek

    Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
    * * *

    Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.

    Heydər ƏLİYEV

    TARİXİN DAHİ AZƏRBAYCANLISI

    İllər ötür, nəsillər dəyişir, amma Heydər Əliyevin adı Azərbaycanda daim hörmət və ehtiramla çəkilir. O, Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyimizin memarı, fenomen səxsiyyət, azərbaycançılığın simvoludur.
    Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın. Heydər Əliyev ötən əsrdə Tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilən nadir şəxsiyyətdir. Bu qeyriadi zəka sahibi xalqımıza azadlıq və müstəqil dövlət bəxş edib.
    Xalqımızın ümummilli lideri həm də XX əsrin ən qüdrətli siyasətçilərindən biridir.
    Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir.
    Həlledici məqamlarda xalqı üzləşdiyi çətinliklərdən xilas etmək böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Ölkənin, xalqın taleyində ümummilli liderin rolu və tarixi missiyası da bununla müəyyən olunur.
    1993-cü ilin iyun ayından etibarən ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə səbəb oldu.
    Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran ulu öndər öz əməlləri ilə, xal-qa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı.
    Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin gələcək inkişafını müəyyənləşdirdi. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşması onun uzaqgörənlik və müdrikliklə düşünülmüş siyasətinin bəhrəsidir. Azərbaycan Heydər Əliyevin əsasını qoyduğu yolla gələcəyə doğru inamla addımlayır. Heydər Əliyev siyasəti məktəbinin ən layiqli yetirməsi olan Prezident İlham Əliyevin dərindən düşünülmüş, xalqının və dövlətinin maraqlarına xidmət edən siyasəti nəticəsində Azərbaycanın dinamik inkişafı davamlı xarakter almış, respubliklamızın beynəlxalq aləmdə yeri və nüfuzu daha da möhkəmlənmişdir.

    Müəllif: Redaktor, 15:09

    Teqlər:

İsmarıclar bağlıdır.