Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Dek

    BİR ATANIN ARZUSU

    İltifat Məmmədov Qaradağlı kəndində yaşayır. Qarabağ müharibəsi veteranıdır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ hadisələri tüğyan edən vaxt İltifat həqiqi hərbi xidmətə çağrılıb. O, “Tərtər Özünümüdafiə Batalonu”nda xidmət edib. Keçdiyi döyüş yolundan danışması üçün onu redaksiyaya dəvət etdik.
    Elə ilk söhbətindən müharibənin ona vurduğu zərbənin təsirini hiss etdim.. Danışarkən xeyli əziyyət çəkirdi. Fikirlərini çətinliklə olsa da mənə çatdırırdı. Bildirdi ki, bu cür vəziyyətə qalmasının səbəbi Madagiz uğrunda gedən döyüşdə yanına mərmi düşməsi olub. O zaman başının arxasından ağır zərbə alıb. Hətta bir neçə gün özünü bilməyib. Sağaldıqdan sonra yenidən batalyona qayıdaraq torpaqlarımızın müdafiəsi uğrunda mübarizəni davam etirib.
    İltifat bildirdi ki, 1992-ci ildən 1996-ci ilə kimi “Tərtər Özünümüdafiə Batalyonu”nun tərkibində Ağdərə ətrafı kəndlər uğrunda gedən döyüşlərdə iştirak edib.
    Ani olaraq fikrə getdi və özünü toplayaraq sözə başladı:
    –Qanlı döyüş günlərini həyacansız xatırlamaq mümkün deyil. Hər birinin öz ağrı-acısı olub. Ən dəhşətlisi isə döyüş yoldaşlarımızın gözümüzün önündə al-qan içində dünyasını dəyişmələri idi. Batalyonumuzda elə oğullar xidmət edirdi ki, hər biri qəhrəman idi. Onların şəhid olduğunu görəndə adam özünün sağ qalmasına təəccüb edir. Adamın ürəyi sızıldayır ona görə ki, eyni cəbhənin döyüşçüsü olacan, yanındakı silahdaşın şəhid ola, sən isə yaralı qalasan və yaxud düşmən gülləsi onu səndən əvvəl haqlaya, ona kömək etmək üçün gücün heç nəyə çatmaya. O dəhşətli döyüşlərdən sağ çıxan yoldaşlarımıza şükür edirdik. Müharibənin dəhşətlərini xatırladıqca sanki o günləri yenidən yaşayıram. Lakin sevinirəm ki, şəhidimiz oldusa da, igidlərimiz yarımcan qaldısa da, rayonumuzun ərazisindən bir qarış torpağımız düşmən əlinə keçmədi.
    İltifatın indi nə iş gördüyünü soruşdum.. Bildirdi ki, əkin-biçinlə məşğuldur. Pay torpağı var. Onu əkib-becərməklə ailəsinin dolanışığını təmin edir. O, iki övlad atasıdır, ikisi də orta məktəb şagirdidir. Bir ata kimi arzusu övladlarını sağlam və vətənpərvər ruhda böyütməkdir.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:58

    Teqlər:

İsmarıclar bağlıdır.