Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    Murad Allahverdiyev, Avropa çempionu:
    –2018-ci ildə Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyində irlandiyalı Patrik Myersi 5:0 hesabı ilə məğlub edib fəxri kürsünün ən yüksək pilləsinə qalxdım.
    Bu döyüşədək isə türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova və rusiyalı Andrey Voyvodinə qalib gəlmişdim.
    Bu ili idman karyeramda ən unudulmaz bir tarix kimi daim xatırlayacağam.

                                                              Tahirə Quliyeva, şəhər 6 saylı tam orta məktəbin müəllimi:

    –Arxada qalan il ömrümə elə gözəl sevinc naxışları vurub ki! Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə
    “Əməkdar müəllim” adına layiq görülmüşəm. Ölkə Müəllimlərinin XV qurultayında rayonumuzu təmsil etmişəm. Ən başlıcası isə, Azərbaycanımızda və bizim doğma Tərtərimizdə sülh və əmin-amanlıq olub.
    Məktəbimiz ölkə başçısının qayğısı sayəsində gözəl təmir olunub və hal-hazırda biz işıqlı, rahat sinif otaqlarında böyük həvəslə uşaqlara elm öyrədirik.

    Bəkir Ağayev, Canyataq İƏD üzrə nümayəndə: Doğma yurd-yuvamızdan didərgin düşsək də, əlimizi işdən soyutmuruq. Çalışırıq ki, ölkəmizin ümumi inkişafında bizim də payımız olsun. Prezidentimiz, dövlətimiz əməyimizi layiqincə qiymətləndirir. 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüm. Rayonumuzda qaçqın və məcburi köçkünlər üçün yaraşıqlı qəsəbə, fərdi evlər tikildi. Bir sözlə, ilimiz uğurlu oldu. Qarşıladığımız ildən də gözləntilərimiz çoxdur. Ümidvarıq ki, qəlbimizdəki yurd həsrətinə son qoyulacaq, doğma torpaqlarımıza qovuşacağıq.
                                        Həqiqət Həşimova, Tərtər Bölgə Təcrübə Stansiyasının direktor əvəzi:
    –2018-ci ili kollektivimiz nailiyyətlərlə yola salır. Yetişdirdiyimiz taxıl və arpa sortları respublikamızın bütün bölgələrində fermerlər tərəfindən həvəslə alınır. Mən isə ölkə başçısının Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşam. İnanıram ki, yeni ildə əmək qələbələrimizin sayı daha da artacaq.

    Müəllif: Redaktor, 12:03

    Teqlər:

İsmarıclar bağlıdır.