Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    Məlum olduğu kimi, bu ilin oktyabr ayında bir qrup rusiyalı qadınla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyan buradan “Qadınlar sülh uğrunda” təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsdə əsas məqsəd kimi əsgər və günahsız insanların ölümünün qarşısının alınması göstərilib.
    Biz, cəbhə bölgəsində yaşayan, 1988-ci ildən bəri müharibənin bütün dəhşətlərini görən, qadınlar Anna Akopyana və işğal altında olan Azərbaycan torpaqlarına səfər etmiş rusiyalı qadınlara sual vermək istəyirik: “Bu, sülhə çağırışdır, yoxsa işğalçı ölkəni dəstəkləməkdir?”.
    Biz həmçinin rusiyalı qadınların Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ünvanlandırdıqları məktubu və hörmətli Leyla xanımın onlara cavabını çox diqqətlə oxuduq.
    Rusiyalı qadınlar öz məktublarında səmimi etiraf edirlər: “Dağlıq Qarabağ münaqişəsinin çoxəsrlik səbəblərinin necə dərin və mürəkkəb olduğunu başa düşürük. Biz çox şeyi bilmirik, heç kəsi qınamağa haqqımız və hazır qərarlarımız yoxdur”. Bu sözlərə Leyla xanım Əliyevanın tutarlı cavabı, Dağlıq Qarabağın tarixinə, ermənilərin bura köçürülmələrinə aid dəqiq məlumat verməsi hər birimizin ürəyincə olub.
    Leyla Əliyevanın məktubunda deyilir: “Sizin sülhyaratmaq missiyanızın gedişində səfər etdiyiniz, işğal olunmuş Dağlıq Qarabağ “Ermənistan ilə Azərbaycan ərazisindəki ərazi” deyil. Dağlıq Qarabağ Azərbaycanın bu gün Ermənistanın işğalı altında olan ayrılmaz hissəsidir. Bu, təkcə bizim ölkəmizin mövqeyi deyil–çoxsaylı beynəlxalq sənədlərdə bu cür təsbit olunub. Rusiya da daxil olmaqla dünya birliyi Azərbaycanı mövcud sərhədləri daxilində tanıyır və Dağlıq Qarabağ bu sərhədlərə daxildir. Hazırda heç bir beynəlxalq hüquqi sənəd yoxdur ki, orada Dağlıq Qarbağın Azərbaycana mənsub olması şübhə altına alınsın, Dağlıq Qarabağ başqa bir dövlətin hissəsi, “mübahisəli ərazi” və ya “Azərbaycan ilə Ermənistan arasındakı torpaq” elan edilsin.Üstəlik, dünya birliyinin bu mövqeyi tarixi reallıqları tam əks etdirir”.
    Daha sonra Leyla Əliyeva bildirir ki, “Tarixi ədaləti bərpa etmək” və bu əsasda qonşu ölkənin ərazisinin bir hissəsini işğal etməklə “sərhədlərə düzəliş etmək”–xoş niyyətlər kimi qələmə verilsə də, bu, cəhənnəmə aparan yoldur. Təəssüf ki, milyonlarla insan, o cümlədən Cənubi Qafqazda, mənim doğma Azərbaycanımda bu gün insan əli ilə yaradılan bu cür cəhənnəmdə yaşayır”. “
    Torpaqlarımızı işğal etməklə bu ərazilərdə cəhənnəm yaradan ermənilər hansı haqla sülhə tərəfdar olduqlarından danışa bilərlər? Rusiyalı qadınlar bildirirlər ki, “uşağın doğması–yadı olmur”. Razıyıq, əlbəttə, Yer üzündəki bütün analar övlad itkisindən ağır faciə tanımırlar. Bəs belədirsə, onda erməni anaları nəyə görə öz oğullarını Azərbaycanın işğal olunmuş ərazilərinə göndərirlər? Axı, oğul vətəni qorumaq üçündür. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon isə əzəli Azərbaycan torpağıdır.
    Leyla xanım bu məsələni bir qrup rusiyalı qadına çox gözəl izah edir: “Bütün Qarabağ ta qədimdən Azərbaycanın bir hissəsi, bizim ölkəmizin ərazisində mövcud olmuş dövlətlərin bir hissəsi olub. Erməni dövlətləri isə, tarixçilərin vurğuladığı kimi, heç də Cənubi Qafqazda deyil, Kiçik Asiyada formalaşıb və onların müasir Azərbaycan ərazisinə, hətta 1918-ci ildə Azərbaycanın İrəvan xanlığının torpaqlarında yaradılmış indiki Ermənistana heç bir aidiyyəti olma-yıb”.
    Ieyla Əliyeva öz məktubunda rusiyalı xanımlara sülhün bərqərar edilməsi üçün nədən başlamağın yolunu da göstərib: bunun üçün ilk növbədə Azərbaycanın işğal edilmiş bütün əraziləri azad olunmalıdır. Bu ədalətli çağırışa Azərbaycanın bütün qadınları, o cümlədən qəhrəman Tərtərimizin qadınları da qoşulurlar. Bəli, biz də istəmirik ki, ana və bacılar şəhidlər üçün göz yaşları axıtsınlar. Qoy bu barədə erməni anaları da düşünsünlər və məsələnin ədalətli həlli üçün çalışsınlar.

    Svetlana ƏZİZOVA,
    Tərtər Rayon İcra Hakimiyyəti Aparatında şöbə müdiri.
    Svetlana BAĞIROVA,
    “Yeni Tərtər” qəzeti baş redaktorunun müavini
    Maya İSGƏNDƏROVA, şəhid anası
    Fitat ƏLİYEVA,
    Qapanlı kənd tam orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 12:49

    Teqlər:

İsmarıclar bağlıdır.