Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    2018-ci il tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti ili kimi qalacaq. Prezident İlham Əliyevin Sərəncamı ilə AXC-nin 100 illiyi bütün ölkədə təntənəli şəkildə qeyd olundu. Cümhuriyyət fədailərinin həyat yolu, onların fəaliyyəti araşdırıldı və xalqa çatdırıldı. Bütün bunlar tariximizə dərin hörmətin bariz nümunəsidir. Çünki keçmişini unudan xalqın gələcəyi də ola bilməz.
    Ötən il həm də regionların sosial-iqtisadi inkişafının yerinə yetirilməsinə dair III Dövlət Proqramının sonuncu ili oldu. Bu Proqramların reallaşdırılması nəticəsində regionlarımızın həyatının necə dəyişdiyini isə biz Tərtər rayonunun simasında aydın görürük.
    Kiçik köşklərlə eybəcər hala salınmış, infrastrukturu bərbad olan, kənd təsərrüfatında durğunluq yaşanan rayonumuz indi öz görkəmi ilə nəinki respublukamızın, eləcə də xarici ölkələrin şəhərləri ilə rəqabət apara bilər. Çünki burada hər şey gözəldir: son illər çəkilmiş rahat yollar, abadlaşan küçələr, yaraşıqlı ticarət obyektləri, məktəb və uşaq bağçaları. İnfrastruktur layihələrinin həyata keçirilməsi isə tərtərliləri rahatlığa və müasirliyə qovuşdurub. Belə ki, şəhərin və ətraf bir neçə kəndin su-kanalizasiya layihəsinin həyata keçirilməsi nəticəsində əhali fasiləsiz içməli su ilə təmin olunub. Elektrik enerjisinin 24 saat ərzində verilməsi tərtərlilər tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. İlin sonuna yaxın isə rayonumuzdakı bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırıldı. Nəzərə alsaq ki, indi əhalinin böyük bir hissəsi internet istifadəçisidir və bayram günlərində hər kəs istədiyi yaxın və uzaq məkanlarla əlaqə saxlaya biləcək, məlum olur ki, yaxın keçmişimizlə müqayisədə həyatımız necə inanılmaz dərəcədə dəyişib. Bütün bunlar Dövlət Proqramlarının bir-birinin ardınca həyata keçirilən layihələrinin nəticəsidir. Məqsəd isə Azərbaycan vətəndaşlarının rifahının, rahat həyatının təmin edilməsidir.
    Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında sosial məsələlərlə yanaşı, iqtisadiyyatın möhkəmləndirilməsi də nəzərdə tutulub ki, bunun özü də elə sosial sahənin inkişafına xidmət edir.
    Xüsusilə də son illərdə Tərtərdə pambıqçılığın, baramaçılığın, bağçılığın intensiv inkişafı məqsədilə görülən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Bu məhsulların istehsalı üzrə Tərtər respublikada öncül yerləri tutur.
    Bir sözlə, gündən-günə inkişaf edən, gözəlləşən Tərtər üzbəüz dayandığımız düşmənlərə göz dağıdır. Qarabağ müharibəsində ermənilərə bir qarış belə torpaq verməyən tərtərlilər işğal altında olan bütün ərazilərin düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:19

    Teqlər:

İsmarıclar bağlıdır.