Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Müəllim Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Əməkdar müəllim” adına layiq görülənlərdən biri şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Tahirə Quliyevadır. Tahirə müəllim həm də noyabr ayının 28-də keçirilmiş Azərbaycan Müəllimlərinin qurultayının iştirakçısı olub. Qabaqcıl təhsil işçisini redaksiyamıza dəvət edib, ürək sözlərini dinlədik. O dedi:
    –“Əməkdar müəllim” adı möhtərəm Prezidentimiz tərəfindən müəllimlik fəaliyyətimə verilən yüksək qiymətdir. Bu qiymətə, eləcə də ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Eləcə də məni bu təltifə layiq bilən rayon rəhbərliyinə, təhsil şöbəsinə və çalışdığım kollektivə təşəkkür edirəm.
    Tahirə müəllim onu da söylədi ki, əmək fəaliyyətinə rayon komsomol komitəsində statist kimi başlayıb. Sonralar orada uçot və maliyyə bölməsinin müdiri təyin edilib. Gənclərlə işləmək həvəsi də onda bu illərdə yaranıb. 1985-ci ildə Gəncə Dövlət Universitetini bitirib. Tahirə Quliyeva 1994-cü ildən pedaqoji fəaliyyətə başlayıb. Elə o vaxtdan da şəhər 6 saylı tam orta məktəbdə çalışır. Bu müddətdə məktəbdə yüzlərlə vətənpərvər, savadlı gəncin yetişdirilməsində onun da zəhməti var.
    Öz işi haqqında Tahirə müəllim deyir:
    –Müəllimin əsas vəzifəsi öyrətmək olsa da, bu, yalnız bilik vermək kimi qəbul edilməməlidir. Müasir dövrdə biliklərə mükəmməl yiyələnmək üçün geniş informasiya məkanı vardır. Ona görə də biz ilk növbədə tərbiyəçi olmalıyıq, uşaqlara vətənpərvərlik, humanizm hissləri aşılamalıyıq. Biz şagirdlərimizi zəhmətə alışdırmalıyıq, onlara sərbəst işləmək vərdişləri öyrətməliyik. Yalnız belə olan halda verdiyimiz biliklərlə birgə hər bir şagird cəmiyyətdə düzgün mövqe tuta bilər.
    O söylədi ki, pedaqoq qəlbən həmişə cavan olur. Çünki şagirdlərin müvəffəqiyyəti ona yeni stimul verir, daha yaxşı işləməyə ruhlandırır.
    Tahirə Quliyevanın yetirmələri arasında rayonumuzun sevilən həkimi Lalə Rəhimli, hazırda Almaniyada həkim işləyən Tərlan Mehdiyeva, polis əməkdaşı Firidun Ağayev, öz qızı–hüquqşünas Şəfəq Mehdizadə və başqaları var.
    İki övladının–qızı Günelin və oğlu Elşənin müəllimlik sənətini seçmələri də məhz onun öz işinə olan böyük sevgisinin nəticəsidir.
    Yekunda Tahirə müəllim dedi:
    –Əziyyətimin bəhrəsini görəndə sevinirəm. Eyni zamanda bu, məsuliyyətimi qat-qat artırır. Öyrətməklə yanaşı özüm də hər gün öyrənirəm. Çətin və şərəfli müəllim peşəsi ilə qürur duyuram.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 09:47

    Teqlər:

İsmarıclar bağlıdır.