Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan

    Xalq arasında belə bir deyim var: “Filankəs təpədən-dırnağa ziyalıdır”.
    Həqiqətən də Zabil müəllimin danışığı, oturuşu-duruşu, ailədə, cəmiyyətdə rəftarı, hörməti və izzəti hər kəsdən fərqlidir. Nə yaxşı ki, ətrafımızda belə insanlar var! Onun varlığı səmimiyyətdən yoğrulub sanki. Hərdən kövrək bulağa dönməyi də var. Bu, qibtə olunası ziyalılarımızdan biri–hamının hörmətini qazanmış, necə deyərlər böyüklə böyük, kiçiklə-kiçik olan, bütün vücudu ilə duyğulu bir insan olan Zabil Zeynalovdur.
    Zabil müəllimi rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Sadəcə münasibət yaradıb, dünyanın azından-çoxundan, dərdindənsərindən, Vətəndən, yurddan, ellərimizin dağından-daşından söz salasanız bəs edər. Onda görərsən ki, necə təəssübkeş insanlar var. Qarşısındakı həmsöhbəti ilə elə mülayim, elə səmimi danışar ki, fikirlərini elə yana-yana bölüşəcək ki, ayrılanda düşünəcəksən: bu insan yox, ipək kələfidir. Bəlkə də bu xüsusiyyətlər onda Vətən yanğısından, el-obasına, doğma Umudluya həsrətdən irəli gəlir?! Bəlkə də elə qanında, canındadır?!
    Zabil müəllim tərifi xoşlamaz. Lakin onun barəsində xoş sözlər söyləmək tanıyanların hər birinin ürəyindən keçər. Bu duyğusal insanın qəlbində bütün ağrılardan yüksəkdə Vətən nisgili dayanır, Umudlu harayı yaşayır. O Umudlu ki, hazırda yağı düşmən tapdağında inləyir. Məhz qanlı savaş illərində komandirlik etdiyi “Özünümüdafiə” dəstəsi ilə onun müdafiəsində dayanıb. İllərdir rəhbərlik etdiyi məktəbin Umudlu adı ilə yaşamasına nail olub.
    Vətənpərvərlik hissi Zabil müəllim üçün ən ali hissdir. Odur ki, sözünün də, yaradıcılığının da əvvəli və sonu Vətənlə baş-layıb, Vətənlə qurtarar. O, Qarabağ müharibəsi veteranıdır. Pedaqoji fəaliyyəti “Baş müəllim”, “Ali kateqoriyalı müəllim” adı ilə qiymətləndirilib. Vətən sevgisi, Vətən uğrunda ölüm-qalım savaşı ona “Vətən naminə” medalını qazandırıb. Ən yüksək fəxri adı isə xalq sevgisidir.
    Zabil müəllim, ziyalılarımız arasında daim var olasınız! Hələ sizdən öyrənməyə çox ehtiyacımız var. Ən əsası Vətənin vətəndaşı olmaqda və xalqın nüfuzunu qazanmaqda sizin örnək olası ömür yolunuz var. Allah Sizə ömür versin!

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 09:55

    Teqlər:

İsmarıclar bağlıdır.