Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    15 il əvvəl vaxtilə məzunu olduğum Qaradağlı kənd tam orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başladım. İlk dərs günüm indiki kimi yadımdadır. Şagirdlərin maraq dolu gözlərinə baxdıqca düşünürdüm ki, elə işləyəcəyəm ki, həm mənə dərs deyən müəllimlərin, həm də bu uşaqların etimadını doğruldum.
    Onu da qeyd edim ki, müasir qloballaşma dövründə coğrafiya fənninə maraq xüsusilə artıb. İndi böyüyən nəsil yaşadığımız dünya haqqında daha çox məlumat əldə etmək istəyir. Məktəbdə dərs dediyim şagirdlərin bəziləri bu gün mənimlə həmkardır. Onlarla öz təcrübəmi bölüşür, lazım gəldikdə köməkliyimi əsirgəmirəm. Seçdiyim peşəyə olan sevgim mənə uğurlar gətirib. Dəfələrlə məktəb direktoru, rayon təhsil şöbəsi tərəfindən fəxri fərmanlara layiq görülmüşəm. Bu tədris ilində isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişəm. Bütün təltiflər özlüyündə bir məsuliyyət hissidir. Mənə göstərilən etimadı bundan sonrakı pedaqoji fəaliyyətimdə doğrultmağa çalışacağam.
    Onu da bildirmək istəyirəm ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilin inkişafına göstərilən qayğı biz müəllimlərdən özümüzə qarşı daha tələbkar olmağı tələb edir. Belə ki, cənab İlham Əliyev, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın hər bir güşəsində, hətta ən ucqar kəndlərdə belə müasir tipli məktəblərin tikilməsinə, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət göstərirlər. Bunu cəbhə bölgəsi olan doğma Tərtərimizin timsalında da görürük. Son illər rayonumuzda təmir edilən məktəblər sırasında bizim məktəbimiz də var. Binamızın bir korpusu əsaslı təmir olunaraq müəllim və şagird kollektivinin ixtiyarına verilib. Bu, cari dərs ilində tədrisin keyfiyyətini yüksəltməyə imkan yaradacaq.

    Ləman SƏFƏROVA

    Müəllif: Redaktor, 10:08

    Teqlər:

İsmarıclar bağlıdır.