Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    FƏRQANƏ MÜƏLLİMİN UĞURU

    Səhər saat 8-dir. 5 saylı tam orta məktəbin müəllimləri bir-biri ilə hal-əhval tutduqdan sonra sinif jurnallarını götürüb otaqlara tələsirlər. Axı, siniflərdə öz müəllimlərini səbirsizliklə gözləyən şagirdlər var. Bu müəllimlərin içərisində bir nəfər var ki, onun sinifə gəlişi bir az fərqlənir. Şagirdlər təkcə müəllim kimi deyil, həm də doğmaları, hətta sirdaşları kimi onu sevirlər. Bu, Fərqanə Məhərrəmovadur. Fizika və informatika fənlərini tədris edir. Ötən il məktəbin müəllim və şagirdləri arasında şad bir xəbər gəzdi, –Fərqanə müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Hər kəs bu şad xəbərə sevindi və müəllimi təbrik etdi…
    Fərqanə Məhərrəmova ilə tanışlığımıza səbəb elə onun fəxri ada layiq görülməsi oldu. Maraqlandım. Hər kəs onun haqqında xoş sözlər söylədi. İndiki şagirdləri də, məktəbi bitirmiş məzunlar da, valideynlər də ağızdolusu danışdılar:,, Çox yaxşı müəllimdir, həm tədris etdiyi dərsi sevdirə bilir, həm də müəllim kimi özünü. Onun şagirdləri həmişə yüksək nəticələr qazanırlar” –dedilər.
    Özü ilə görüşdüm. Elə bildim ki, onunla xeyli vaxtdır tanışam. Söhbət za-manı öyrəndim ki, hamının sevimlisinə çevrilən bu müəllimə-qadın doğma rayonumuzun övladıdır. 1975-ci il oktyabrın 19-da Tərtər şəhərində anadan olub. 1 saylı tam orta məktəbi fərqlənmə ilə qurtarıb. 1994-cü ildə arzusunda olduğu Bakı Dövlət Universitetinin fizika fakütəsinə qəbul olub. 1998-ci ildə universiteti bitirib, təyinatla Ucar rayonunun Əlikənd qəsəbəsində Natiq Əliyev adına məktəbdə fizika müəllimi kimi fəaliyyətə başlayıb. 2000-ci ildən isə Tərtər şəhər 5 saylı tam orta məktəbində fizika, 2002-ci ildən informatika dərslərini tədris edir. Keçdiyi fənni həm özü sevə-sevə öyrədir, həm də şagirdlərinə sevdirməyi bacarır. El arasında deyirlər ki, “kim necə öyrənib, elə də öyrədər”. Axı, Fərqanə müəllimi öyrədənlər hamının sevimlisi, şagirdlərinin qəlbində xusisi yerləri olan Mikayıl Səfərov və Bəkir Bağırov olub. Elə Fərqanə müəllim də fəxrlə dedi ki, bu iki müəllimim fizikanın “əlifba”sını mənə elə öyrətdilər ki, daimi olaraq fizika sirdaşıma çevrildi, ömürlük yol yoldaşım oldu. Mən də fizika fənnini şagirdlərimə sevdirməyə çalışıram. Ona görə də dərs dediyim uşaqlar həm fənn yarışmalarında, həm də ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər.
    Fərqanə müəllim kurikulum üsulu ilə keçdiyi dərslərdən, uşaqlarla fərdi məşğulluğundan elə maraqla danışdı ki, sanki ana övladlarına göstərdiyi qayğıdan söz açırdı. Dedi ki, bir oğlum var, şagirdlərimi ondan ayırmıram. Hər birinin qayğısı ilə ayrı-ayrılıqda maraqlanıram. Bəlkə də məni şagirdlərimə sevdirən elə bu xüsusiyyətimdir. “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülməyim məsulliyətimi daha da artırırb. Mənə göstərilən etimad üçün ölkə başçısına, rayon rəhbərliyinə və çalışdığım məktəbin kollektivinə dərin minnətdarlığımı bildirirəm.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:13

    Teqlər:

İsmarıclar bağlıdır.