Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    QALİB BİZ OLDUQ

    Mən özüm Tərtərdə doğulub, burada orta təhsil almışam. Bakıda o zamankı Politexnik İnstitutunu bitirəndən sonra ailə qurub, bu gözəl şəhərdə yaşadım. Evimiz “Salyanski kazarma” deyilən hərbi hissənin yaxınlığındaydı. Ona görə də ailəmiz o müdhiş gecədə baş verənlərin hamısının şahididir.
    Səs-küyü eşidib baş verənləri öyrənmək üçün ilk olaraq küçəyə çıxanlardan biri həyat yoldaşım Vaqif İbadov oldu. Həyətdəki digər kişilər də yuxudan oyanıb izdihama qoşulmuşdular. Heç kim nələr olduğunu anlamırdı. Bircə o məlum idi ki, heç nəyə baxmadan dinc əhalini, hətta evlərində olan sakinləri belə güllə-baran edirdilər.
    Bir azdan həyat yoldaşımı qanın içində evimizə, 3-cü mərtəbəyə qaldırdılar. Zəhərli güllə ayağından dəymişdi, qanı dayandırmaq mümkün deyildi. Ətrafıma baxıb çoxlu adam gördüm. Biz tək deyildik. Bu birlik mənə güc verdi. Körpə uşaqları qonşulara tapşırıb, cavanların köməyi ilə yoldaşımı aşağı endirdim. “Təcili yardım” maşını gəldi.
    Həmin müdhiş gecədə paytaxtın tibb işçilərinin qəhrəmanlığı heç nə ilə müqayisə oluna bilməz. Hippokrat andını içmiş bu insanlar ölümün gözünə çəkinmədən baxaraq öz borclarını yerinə yetirirdilər. Qatillər isə “Təcili yardım” maşınlarını da güllələməkdən çəkinmirdilər.
    Biz Vaqifi xəstəxanaya apararkən maşınımızı saxlatdırıb, həkimə yaralıları düşürüb, rus zabitini götürməyi əmr etdilər. Lakin nə həkim, nə də göl qanın içində olan digər insanlar bu silahlı qatilin əmrinə tabe olmadılar. O, gözlərimizdəki nifrəti görüb geri çəkildi.
    Beləcə xəstəxanaya gəlib çatdıq.
    O gecə şəhid versək də, yaralansaq da, qalib olduq. Bu qələbəni bizə birliyimiz və vətən sevgimiz qazandırdı.

    Suqra İBADOVA,
    Bakı şəhəri, təqaüdçü

    Müəllif: Redaktor, 10:32

    Teqlər:

İsmarıclar bağlıdır.