Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan

    Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.
    Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş 137 nəfər Azərbaycan Respublikasının vətəndaşına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.
    Sonradan aparılan araşdırmalar, qanunvericiliklə əldə edilmiş sənədlər əsasında daha 10 nəfərin Qanlı Yanvar hadisələri zamanı şəhid olduqları müəyyən edilmişdir. Beləliklə, 20 Yanvar şəhidlərinin sayı 147 nəfərə çatmışdır.
    Qanlı Yanvar faciəsinin miqyasını dünyaya çatdırmaq məqsədi ilə “Təcavüz. 20 Yanvar. Bakı. 1990” adlı elektron nəşr hazırlanmışdır. Həmin elektron nəşrdə “20 Yanvar şəhidi” fəxri adı verilmiş 147 nəfərin siyahısı oxuculara təqdim edilib.

    Müəllif: Redaktor, 10:48

    Teqlər:

İsmarıclar bağlıdır.