Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    muelim 1Zabil Əli oğlu Abbasov. Bu ad rayonumuzda çoxlarına tanışdı. O, 1963-cü ildə Qaradağlı kəndində anadan olub. 1981-1983-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olub.
    Nümunəvi əsgər olduğuna görə hərbi hissədən valideynlərinə təşəkkür məktubu gəlib.Ixtisasca avtomobil çilingəri olan Zabil mənfur qonşularımızın torpaqlarımıza hücumu zamanı milli ordumuzun sıralarına yazılıb. 1993- 1994-cü illərdə torpaqlarımızın bütövlüyü uğrunda Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Atəşkəs rejimindən sonra ordudan qayıdaraq yaşadığı kənddə müxtəlif işlərdə çalışıb. 1996-cı ildən torpaqlar özəlləşdiriləndən sonra fərdi təsərrüfatı ilə məşğuldur. Zabil Abbasov 1988-ci ildə ailə qurub. Üç övladı var. İki qizı, 1 oğlu.
    Arzularını soruşanda dedi:
    – Tək bircə arzum var: işğal altında olan torpaqlarımız sülh yolu ilə azad olunsun, qaçqın və məcburi köçkün soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar.
    Zabil Abbasov ailə-fermer təsərrüfatının başçısı kimi pay torpağını əkib becərir, həyətində mal-qara bəsləyir. Bu işlərin görülməsində ailə üzvləri də ona yaxından köməklik göstərirlər. Bir sözlə, kənddə hamı onu zəhmətkeş, torpağı sevən bir insan kimi tanıyır.

    Müəllif: Redaktor, 15:12

    Teqlər:

İsmarıclar bağlıdır.