Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Yan

    Fidan Vəliyeva Uşaq Gənclər İnkişaf Mərkəzində rəsm dərnəyinin fəal üzvlərindən biridir. O, 1 saylı tam orta məktəbin səkkizinci sinfində oxuyur. Bizim dərnəyə çox kiçik yaşlarından üzv olub. İlk rəsm müəllimi Vahid Əsgərov olub. Bu gün də Fidanın cəkdiyi şəkillərdə Vahid müəllimin zəhməti hiss olunur.
    Fidan balamız çox bacarıqlı şagirdimizdir. O, 2017-ci tədris ilində bir çox müsabiqələrdə iştirak edərək, ön sıraları tutub. 2 fevral 2018-ci il tarixdə Gənclər Gününə həsr olunmuş tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin əl işləri və rəsmlərdən ibarət sərgisi olub. Həmin sərgidə Fidanın bir çox rəsmləri sərgiləndi. Bundan başqa 2 aprel 2018-ci il tarixdə Gəncə şəhərində AXC-nin 100 illiyinə həsr olunmuş müsabiqədə Fidanın “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda çəkdiyi rəsmlər 18 rayonun UGİM-nin 11-13 yaşlılar arasında 1-ci yerə layiq görülərək diplomla təltif olundu. İnanırıq ki, həmişə uğur bizim Fidanımızla olacaqdır.
    20 aprel 2018-ci il tarixdə Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə “Doğma Tərtərim” adlı kətan üzərində çəkilmiş Tərtərin giriş təsviri müsabiqənin diplomuna layiq görüldü.
    Uşaq Gənclər İnkişaf Mərkəzində bacarıqlı şagirdlər az deyil.
    Mərkəzin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, adət-ənənələrimizə hörmət, savadlı və bacarıqlı nəslin yetişməsinə nail olmaqdır.

    Ülviyyə QƏNBƏROVA,
    Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 09:21

    Teqlər:

İsmarıclar bağlıdır.