Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq

    1363298990_waterSu içməyin faydası çox vaxt lazımınca qiymətləndirilmir və səhv başa düşülür. Su nəinki suzuzluğu yatırmaq üçün və bədənin bir çox biokimyəvi prosesləri üçün vacib elementdir, həm də makro qidadır. Bu o deməkdir ki, gümrah qalmaqdan ötrü çoxlu su içmək lazımdır. Karbohidrat, zülal və piy digər üç əhəmiyyətli qidaladırıcı kimi daha ayrı makro qidalandırıcılardır. Suyun belə mühüm dəstəyə aid olduğunu kim bilirdi?
    Bəzi adamlar iyirmi dörd saat əlləşib-vuruşmaqdan əvvəl çox az su içirlər. Onlar ümid edirlər ki, əgər bədənlərini su ilə doldurmasalar, çəkiləri az olacaq. Onlar bir şeyi başa düşmürlər ki, nə qədər çox sudan istifadə etsəniz, o qədər az özünüzdə saxlayırsınız.
    Su təkcə daxilə təsir etmir, həmçinin zahirə də çoxlu faydası var. Bu gün dərinizə təptəzə nəmlik verəcək, sabah yaşlananda kömək edəcək.
    Məşqlər ərzində müntəzəm su qəbulu sizi daha yaxşı və məhsuldar məşqlə təmin edəcək. Məşqləriniz nə qədər yaxşı olsa, əhval-ruhiyyəniz də bir o qədər yaxşı olacaq. Əgər siz əmin deyilsinizsə, hər gün diyetanıza 64 unsiya (29,86 qram) su əlavə etsəniz, faydanın uzaqda olmadığını görərsiniz. Su içmək üçün 6 məsləhət. Ədviyyatlar əlavə edin
    Əgər adi su içmək sizi yorursa, xüsusilə suyun ləzzətini artıracaq yeni ədviyyatlardan istifadə edin.
    Su qablarınızı özünüzlə gəzdirməkdən ləzzət alın. Həmişə yanınızda və ya maşınınızda su gəzdirin. Yaxşı ölçüdə və rəngbərəng su qabları əldə edin. Su qabları nə qədər böyük olarsa, o qədər gec su əlavə etmək lazım gələcək.
    Gündəlik vərdişlərinizi dəyişdirin. Bir stəkan su ilə səhərinizi açın. Nahar etməzdən əvvəl dietik soda əvəzinə su (limonlu və ya limonsuz) içməyə vərdiş edin.
    Yeməkdən əvvəl bir stəkan su için. Su iştahınızı nizamlamağa kömək edəcək. Aclıq ilə susuzluğu qarışdırmaq cox asandır; beləliklə ilk öncə su için. Bu, əhvalınızı düzəldəcək.
    Quru otlardan istifadə edin, buz və limon əlavə edin. Bu bir stəkan suyu dadlı edəcək.
    Əlinizin altında həmişə içməyə soyuq suyunuz olsun. Əvvəlcədən planlaşdıranda və hazırlayanda düzgün seçim etmək asandır. Sanki bu deyim kimi “Planlaşdırmada yıxılırsansa, yıxılmağı planlaşdır”.
    Pəhriz və ya yemək rejimi ilə hesablaşmasaq, arıqlamaq və sağlamlıq baxımından su həmişə menyudadır. Elə gö-rünə bilər ki, hamının razılaşdığı kimi, su yalnız makroqidalandırıcıdır. Az təsirli pəhrizlər karbohidratların az sərfini istəyir, az piy pəhrizləri piylərin istifadəsinin minimumda olmasının faydasını vurğulayır. Su pəhrizi heç vaxt olma-yıb. Bəs onda nəyi gözləyirsiniz? Gündə 8 stəkan su için.

    Müəllif: Redaktor, 08:59

    Teqlər:

İsmarıclar bağlıdır.