Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah tədbirlərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir.
    V.V.Verasayev,
    məşhur həkim, yazıçı
    Son zamanlar yeni iş yerlərinin açılması, tikinti-quruculuq işlərinin sürətlə getməsi rayonumuzun əsaslı şəkildə inkişafına təkan vermişdir. Buna nümunə olaraq uşaq xəstəxanasının yanında açılan “Diaqnostik Tibb Mərkəzi”ni göstərmək olar. Bu sağlamlıq ocağının baş həkimi Mehdiyev Ramiz Bağır oğludur. Öncə bu xəstəxananın səliqə-səhmanı nəzərimi cəlb etdi.
    Xəstə övladlarını sinəsinə sıxaraq çox narahat və həyəcanlı görünən valideynlər həmişə körpələrə şəfa verən Ramiz həkimdən kömək gözləyirdilər. Müayinədən çıxan körpələrin valideynlərinin üzlərində sevinc, gözlərində ümid qığılcımları parlayırdı.
    Körpəlikdən tanıdığım gülərüz, mehriban həkim otağa daxil olanda məni hörmət və ehtiramla qarşıladı. Söhbət zamanı baş həkimə bildirdim ki, bu “Diaqnostik Tibb Mərkəz”i haqqında bir yazı hazırlamaq istəyirəm. Uzun illərdir uşaqları müayinə edən həkim xalqımızın gələcəyi olan körpələrimizin daha yaxşı müayinəsi üçün belə bir mərkəz açmaq barədə xeyli müddət düşündüyünü dedi. “Bu arzunu 2018-ci il avqustun 1-də həyata keçirib, “Diaqnostik Tibb Mərkəzi”ni istifadəyə verdim”,-dedi.
    Baş həkimin otağında müasir avadanlıqlar vardır. Pediatr-həkim gün ərzində 50-yə qədər xəstə uşaq qəbul etmək imkanına malikdir. Xəstəxananın 2 şöbəsi var: laboratoriya və pediatriya. Kollektiv 8 nəfərdən ibarətdir: 2 həkim, 1 mühasib, 3 tibb bacısı, 1 qeydiyyatçı və 1 xadimə.
    Bu “Tibb Mərkəzi”ndə peşəkar xidmət, yüksək tibbi yardım göstərildiyinin və məsuliyyətli işçilərin çalışdığının şahidi oldum. Xəstəxana ən müasir tibbin tələblərinə cavab verən avadanlıqlarla təmin olunub.
    Söhbət zamanı məlum oldu ki, uşaqlara ilk tibbi yardımın göstərilməsi üçün tibb bacılarının otağında ilkin tibbi yardım zamanı lazım olan hər cür şərait–sistem köçürmək üçün inqalyator, asmalı xəstələr üçün “İFA” aparatı, biokimyəvi aparat vardır.
    Laboratoriya şöbəsində çalışan Salman həkim müasir avadanlıqların köməyi ilə yaşından asılı olmayaraq hər bir xəstəyə yüksək səviyyəli xidmət göstərir. Bu mərkəzdə bütün uşaq xəstəlikləri müalicə olunur.
    Tibb bacısı Güneldən bu xəstəxana barədə fikrini soruşduqda bildirdi ki, şəraitdən çox razıyam, istifadəyə verildiyi gündən burada çalışıram, xəstə uşaqlara yetəri qədər tibbi yardım göstərə bilirik.
    Ülviyyə Zeynallı xanım övladı Bəylərin bronxitə qarşı müalicəsi üçün bu xəstəxananı seçdiyindən danışdı. Valideynlərə və xəstələrə qarşı yüksək xidmətin göstərildiyini, burada olunan müalicənin çox müsbət nəticələr verdiyini söylədi, Diaqnostikanın işçilərinə sonsuz təşəkkürünü bildirdi.
    Gələcək arzusunu unutmayan baş həkim dedi: “Gələcəkdə buranı daha da genişləndirmək, tibbi personalların sayını artırmaq istəyirəm. Bu arzumun tezliklə həyata keçməsi üçün səylə çalışacağam. Çünki məqsədim gənc nəsli sağlam görməkdir”.
    Mən də “Yeni Tərtər” qəzeti redaksiyasının kollektivi adından “Diaqnostik Tibb Mərkəzi”nin fəaliyyətinə uğurlar diləyirəm.

    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 08:36

    Teqlər:

İsmarıclar bağlıdır.