Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-adi cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
    Heydər Əliyev
    Azərbaycan xalqına qarşı ən böyük ədalətsizlik, törədilmiş qətliyam hadisəsi “20 Yanvar” və Xocalı faciələridir. 1988-ci ildən quduz ermənilər azərbaycanlılarla elan olunmamış müharibəyə başladılar. Beləliklə onlar torpaqlarımıza soxulub şəhərlərimizi, kəndlərimizi zəbt etdilər. Torpaqlarımızın 20%-ni işğal edib, günahsız insanların qanını tökdülər. Bunların ən dəhşətlisi Qarabağ bölgəsində yerləşən, Azərbaycanın ən zəngin təbiətinə malik olan şəhərlərindən biri– Xocalıda baş verib. Millətimizə qarşı yönəldilmiş bu vəhşilik qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilikdir. Bu faciə tarixi bir cinayətdir.
    Xocalı şəhərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə üzük qaşı kimi mühasirəyə aldılar. Bu faciədən 27 il ötməsinə baxmayaraq, hər il bu günü hüznlə xatırlayıb, xocalıların ruhunu anırıq. Azğınlaşmış kafir ordusu həmin gecə xalqımızı ot kimi biçdi. “Xocalı faciə”sinə aid olan kadrları televiziyada izləyən hər bir kəsin qəlbində erməni millətinə qarşı elə bir nifrət oyanıb ki, həmin insanlar intiqam hissi ilə alışıb yanır. Əlbəttə, çox ölkələr arasında baş verən müharibə və çox döyüşlərdə insanlar həlak olub. Ermənilər isə insanları diri-diri tonqallarda yandırır, evlərə od vurur, qaçanları da güllələyirdilər. Bu faciəni törədən millət insanların yaddaşında yırtıcı heyvanlar kimi həkk olunub. Xocalı həmin gecə od-alov içində yandı, günahsız insanların qanı ilə suvarıldı. Bu faciənin baş verməsində erməni quldurlarına keçmiş SSRİ-nin 366-cı atıcı alayı da kömək etmişdir. O gün 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 1000 nəfərdən artıq adam müxtəlif dərəcəli güllə yarası almışdır. Öldürülənlərin içərisində 106 qadın, 83 uşaq, 70 qoca, 76 yeniyetmə qız və oğlan, 278 nəfəri isə cavanlar var idi.
    Xocalı faciəsini öz gözləri ilə görən və bu faciədən canlarını qurtarıb qaçanlar danışırlar ki, əsirlər içərisində birinci olaraq milis işçilərini, könüllü əsgərləri müəyyən edib ayırırdılar. Elə orada camaatın gözü qabağındaca onların başlarını kəsirdilər.
    Bu hadisələri təkcə görənlər deyil, eşidənlər də dəhşətə gəlirdilər. Xüsusilə qadınlar ermənilərin qəddarlıqlarını, alçaqlıqlarını eşitdikləri üçün düşmənə əsir düşməkdənsə, ölməyi üstün tuturdular. Əlbəttə çox ölkələr arasında baş verən müharibə və döyüşlərdə insanlar həlak olub. Ancaq dünyanın heç bir yerində insanları diri-diri yandırmaq, hamilə qadınları öldürmək kimi amansız hallar olmayıb.
    Azərbaycanın 7 Milli Qəhrəmanı Xocalının müdafiəsində iştirak edibdir. Xocalı soyqırımını hərbi jurnalist kimi lentə alan, o dəhşətli anları görən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevdir.
    Xocalı şəhərinin adı bundan sonra Azərbaycan xalqının və dünyanın bütün namuslu adamlarının yaddaşında kədərli, matəmli bir gün kimi qalacaqdır. Biz ölkəmizin igid oğlu Çingiz Mustafayevin və vəhşicəsinə öldürülmüş, işgəncələr verilmiş, şikəst edilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik. Onların qisasını almalı, zəbt olunmuş torpaqları azad etməli, qaçqınları öz əvvəlki el-obalarına qaytarmalıyıq. Erməni quldurlarının xalqımıza qarşı törətdiyi Xocalı dəhşətini heç zaman unutmayacağıq!

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 09:28

    Teqlər:

İsmarıclar bağlıdır.