Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Fev

    Şəhid Rövşən Səfərov adına Sarıcalı kənd tam orta məktəbində şəhidin anım günü qeyd olundu. Anım gününə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və media nümayəndələri toplaşmışdılar.
    Öncə Sarıcalı kəndindəki “Şəhidlər abidə”si ziyarət olundu, önünə qərənfillər qoyularaq onların xatirələri ehtiramla yad edildi. Tədbir şəhidin adını daşıyan, oxuduğu məktəbdə davam etdirildi. Məktəbin təşkilatçı müavini–Gülnarə Muradova tədbiri açıq elan etdi, Dövlət himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
    Sonra məktəbin direktoru Çimnaz Nuriyeva Rövşən Səfərovun həyatından və döyüş qəhrəmanlıqlarından məlumat verdi. Qarabağ Müharibəsi Veteranları Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon bölməsinin sədri Suliddin Yusibov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, rayon icra hakimiyyəti aparatının nümayəndəsi Zabil Paşayev, şəhidin döyüş yoldaşı Mətləb Əliyev, Sarıcalı kənd sakini, həm də sinif yoldaşı Ədalət Əliyev, təhsil şöbəsinin nümayəndəsi Yaşar Məmmədov, şəhidin qardaşı qızı Mənsurə Səfərova, əmisi qızı Sədaqət Səfərova, həyat yoldaşı Minarə Səfərova, Azərbaycan Respublikası Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin Qarabağ regionu üzrə nümayəndəliyin rəhbəri Həsənağa Bayramov, Sarıcalı kənd İƏD üzrə nümayəndə Namiq Məmmədov çıxış edərək şəhidin həyat və döyüş yolundan bəhs etdilər və tədbirin təşkilatçılarına razılıqlarını bildirdilər. Məktəbin şagirdlərinin ifasında səsləndirilən şeir və kompozisiyalar tədbir iştirakçılarını duyğulandırdı.
    Sonda şəhid Rövşən Səfərovun şəkli önündə xatirə şəkli çəkdirildi.

    Kənan HÜSEYNZADƏ

    Müəllif: Redaktor, 09:51

    Teqlər:

İsmarıclar bağlıdır.