Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq

    genclerHeydər Əliyev Azərbaycanın rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəsil yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. İkinci dəfə artıq Azərbaycan müstəqil ölkə olandan sonra hakimiyyətə gələn Ulu Öndər dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni hə-yatında gənclərin iştirakının təmin edilməsini vəcib məsələlərdən biri kimi qarşıya qoyub. Məhz həmin dövrdə gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı–Gənclər və İdman Nazirliyi yaranıb. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib.
    Bu diqqətin bariz nümunəsi olaraq 2 fevral Azərbaycanda Gənclər Günü elan edilib, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunub. Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilir. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı” bu istiqamətdə mühüm rol oynamışdır. Hazırda həyata keçirilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, miili mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tap-şırıq və tövsiyələrinə üyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənc-lərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və Gənclər Mərkəzlərinin yaradılması da bu məqsədə xidmət edir.
    Dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğı Tərtər rayonunun gənclərinin də həyatında öz əksini tapıb. Tərtər rayonunda Gənclər Mərkəzinin açılışı buna daha bir nümunədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev mərkəzin açılışında iştirak edib və bölgə gəncləri ilə görüş keçirib.
    İdarəmiz tərəfindən rayon gənclərinin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, o cümlədən cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının, onların intellektual və yaradıcılıq potensialının artırılması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir.
    Tərtərdə idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması istiqamətində idarəmiz tərəfindən müxtəlif idman növlərini əhatə edən rayon və zona birincilikləri təşkil edilir. Rayonda gənclərin idmanla məşğul olması üçün müasir idman infrastrukturu yaradılır, buna nümunə kimi inşası başa çatmaq üzrə olan Şahmat məktəbini, o cümlədən tikintisinə başlanılan Olimpiya İdman Kompleksini misal göstərmək olar.
    Rayon rəhbərliyi gənclərlə aparılan işi daim diqqətdə saxlayır. Vaxtaşırı olaraq gənclərlə görüşlər keçirir, onları dinləyir və gəncliyimiz qarşısında duran problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görür.
    Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan gəncləri “… sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir”. İnanırıq ki, bu gənclik böyük azərbaycanlı Heydər Əliyevin ideyalarını ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirəcək, inkişaf etdirəcək xalqı-mızı daha işıqlı gələcəyə aparacaq.

    Səadət Hüseynova,
    Tərtər Rayon Gənclər və İdman
    İdarəsinin rəis müavini

    Müəllif: Redaktor, 09:45

    Teqlər:

İsmarıclar bağlıdır.