Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    Məhi babanı rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Onunla görüşüb dünyanın azından-çoxundan, dərdindən-sərindən, elimizdən-obamızdan söz salsanız, görərsiz ki, bu insan bir ipək kələfidir. Onun vətənə olan məhəbbəti doğma Tərtərimizə olan sevgisi ali hisdir.
    Biz Məhi babanın yaddaşına heyran qaldıq. O bizə söylədi ki, Sovet hakimyyəti qurulduqdan sonra, ölkənin hər yerində olduğu kimi, bizim Tərtər rayonunda da yeni tipli məktəblər açıldı. Belə məktəblərdən biri də “ŞEKAYM”adlı məktəb olub, yəni kəndli–gənclər məktəbi.
    Tərtərdə “ŞEKAYM” məktəbi 1924-ci ildə indiki peşə məktəbinin həyətində tikilib. (Binanın üstündə 1924 rəqəmi indi də oxunur). Məktəbin ilk müəllimlərindən biri də Səlim Kərimov (Məhi babanın atası) olub. Məhi babayla biz geniş söhbət etdik. Dedi ki, Tərtərimizin hər sabahları xeyirli açılsın. Tərtərin və tərtərillərin üzlərindən gülüş əskik olmasın! Sonra arzuladı ki, həmişə Prezdentimiz İlham Əliyevin başı uca olsun! Bizim gənclər heç bir yalana, heç bir iftiraya uymasınlar, Prezdentimizin ətrafında sıx birləşsinlər.

    Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi

    Müəllif: Redaktor, 10:58

    Teqlər:

İsmarıclar bağlıdır.