Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü il-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
    Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında, iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xətəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılır.
    Tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən yaşı 18-dən yuxarı olan 59 min 186 nəfərin keçməsi nəzərdə tutulub.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar rayon mərkəzi xəstəxanasında olub, tibb işçiləri və müayinəyə gələnlərlə görüşüb.
    Tibbi müayinədən keçən rayon sakinləri əhalinin sağlamlığına yönələn bu xeyirxah aksiyanın keçirilməsinə görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 11:32

    Teqlər:

İsmarıclar bağlıdır.