Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq

    новый-1Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Kik-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilib.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edib, sonra yarış iştirakçılarına uğurlar arzulayıb.
    Yarışda Tərtər, Gəncə, Bakı, Abşeron, Goranboy, Naftalan, Şəmkir, Samux, Ağcabədi, Bərdə, Yevlax, Ucar, Kürdəmir, Ağdam, ümumilikdə 14 rayon və şəhərdən iyirmi komanda, 231 idmançı öz qüvvəsini sınayıb.
    Yarışın nəticəsinə görə komanda hesabı ilə Tərtər rayonu I yerə, Gəncə şəhəri II yerə, Bakı şəhəri III yerə layiq görülüb.
    Yarışın sonunda qalib komandalar Tərtər Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif ediliblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:50

    Teqlər:

İsmarıclar bağlıdır.