Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Yer üzündə bütün canlıların sağlam yaşaması və böyüməsi üçün torpaq, su və hava lazımdır. Bunlar təbiət adlanır. Təbiət təbib, təbabət sözlərindən götürülüb.
    Ulu Tanrı Vətənimin torpağına bütün nemətlərdən bəxş etmişdir. Azərbaycanın təbiəti müalicəvi sularla, min cür gül-çiçəklə, qiymətli metallarla, bir sözlə, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu təbiəti seyr etdikcə insanın qəlbi fərəhlə dolur. Əlverişli iqlim şəraitimiz ölkəmizə bitib-tükənməyən bol nemətlər bəxş edib.
    Azərbaycanın təbiəti o qədər gözəl və sirlidir ki, yayın qızmar günlərində dağlarımızın başında qar olur. Vətənimin gözəlliklərindən, möcüzələrindən yazmaqla qurtarmaq olmaz. Çünki Azərbaycanın təbiəti rəngarəngdir, bölgələrimizin torpaqları əkinə yararlıdır, zəngin flora və fauna aləminə malik tükənməyən bir xəzinədir.
    Torpağımın üstündən əlavə altı da sərvətlərlə zəngindir. Xəzər dənizindən çıxan “Qara qızıl” vətənimi bütün dünyada tanıdır və xalqımıza milyonlarla gəlir gətirir. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində, Xəzər hövzəsində yerləşir.
    Respublikada təbiətin qorunmasına böyük qayğı göstərilir. Ən qiymətli və nəsli azalan heyvanlar, bitkilər üçün dövlət təbiət qoruqları yaradılmışdır.
    Lakin heç də hamı təbiətə eyni gözlə baxmır, doğma qayğı ilə yanaşmır, insan yaşayışını təmin edən bu möcüzəli neməti qorumur. Hazırda suyu və havanı zəhərləyənlər, meşələri qıranlar, qoruqlarda heyvanları icazəsiz ovlayanlar qanunla cəzalandırılır, bəzən azadlıqdan məhrum olunurlar.
    Buna görə də hələ 2001-ci il, dekabr ayının 21-də bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası təsis olunub.
    Xalq şairi Səməd Vurğun “Təbiət ilhama çağırır məni” adlı şeirini təbiətin gözəlliyindən, əsrarəngizliyindən ilhama gəlib yazmışdır.
    “Dədə Qorqud” filmində Dədə Qorqud deyir: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə torpağı gərək əkib-becərəsən. Əgər qoruya bilmirsənsə, əkib-becərməyə, əkib-becərmirsənsə, qorumağa dəyməz”.
    Təbiət sevgisi ana sevgisinə bənzəyir. Anamızı sevdiyimiz qədər təbiəti sevməliyik. Meşələri qırmamaq, quşları ovlamamaq, təbiəti çirkləndirməmək hər birimizin vətəndaş borcumuzdur. Çünki təbiət bizim evimiz, sərvətimiz, sağlamlığımız, bir sözlə bizim üçün lazım olan hər şeydir.
    “Təbiətin qorunmasında və mühafizəsində hamımız həmrəy şəkildə iştirak etməliyik” şüarı hər kəsdə vərdiş halını almalıdır. Hər adam ildə bir ağac əksə təbiəti qorumuş olar. Bir sözlə, təbiət bütün canlıların həyat mənbəyidir. Azərbaycanın bəxtinə düşən 11 iqlim qurşağı isə bu xalqın xöşbəxtliyidir.

    Nübar MEHDİZADƏ

    Müəllif: Redaktor, 08:48

    Teqlər:

İsmarıclar bağlıdır.